“İranla qarşıdurma ABŞ-ı Asiyadakı strateji maraqlarından məhrum edə bilər”.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. ABŞ-ın sabiq prezidenti Barak Obamanın 15 il əvvəlki xəbərdarlığını yenidən yada salan nəşr qeyd edib ki, Obama hələ o zaman Çinin Asiyada nüfuzunu sürətlə artırdığını, rəsmi Pekinin bu regiondakı siyasi və iqtisadi proseslərə daha dərindən təsir göstərməyə başladığını bildirib. Nəşr bildirib ki, indki halda İranda müharibənin uzanması Asiyada qərarlı bir yüksəlişə keçən Çinin daha da güclənməsinə, ABŞ-ın nüfuzunun bir qədər də azalmasına gətirib çıxara bilər.
Müharibə səbəbilə ABŞ-ın Asiyadakı hərbi aktivlərini İran əməliyyatına cəlb etdiyinə diqqət çəkən nəşr, bu amilin Amerikanın Asiya uğrunda Çinlə qarşıdurmasına xüsusilə mənfi təsir göstərdiyini bildirib. Ekspertlər hesab edir ki, ABŞ İran müharibəsini mümkün qədər tez yekunlaşdırmalı və əsas diqqətini Asiyada Çinlə iqtsiadi-siyasi qarşıdurmaya yönəltməlidir. Əks təqdirdə, ABŞ Asiyada İranda olduğundan qat-qat çox şey itirə bilər.
Seymur ƏLİYEV