Türkiyəli məşhur Habil Əliyevin bəstəsini oxudu, qızı AÇIQLAMA verdi-FOTO+ÖZƏL
Ekskluziv
2034
19:23, Bu gün

Türkiyəli məşhur Habil Əliyevin bəstəsini oxudu, qızı AÇIQLAMA verdi-FOTO+ÖZƏL

“Trt müzik” instaqram səhifəsində sözləri Süleyman Rüstəmə, musiqisi xalq artisti, kaman ifaçısı Habil Əliyeva aid olan “İlk məhəbbətim” mahnısı paylaşılıb. Maraqlıdır ki, mahnını uzun illər öncə Türkiyənin məşhur aktrisası Perran Kutman ifa edib.

Görkəmli sənətkar, xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva Moderator.az-a bildirib ki, atasının bir çox bəstələri var və hər biri “Qızıl Fond”-da qorunur:


“Atamın bəstələri çoxdur. “Şəhla gözlüm”, mənə yazdığı “Vəfa” bəstəsi, “İlk məhəbbətim” və s. bəstələri var. Bu bəstələr nəinki ölkəmizdə, ölkə hüdudlarından kənarda da ifa olunur. Muğam ifaçıları Babək Niftəliyev, Ehtiram Hüseynov və digər xanəndələr bunları ən gözəl şəkildə ifa edirlər. Bu bəstələr rəsmi olaraq “Qızıl Fond”-da saxlanılır. Hər biri rəsmiləşdirilib” deyə sənətkarın övladı bildirib.


Vəfa Əliyeva bildirib ki, Türkiyədə atasının bəstələrinin ifa edilməsi haqda məlumatı var, amma oxuyanda onlardan heç kim icazə almayıb:


“Sözün düzü ifa edəndə bizdən heç kim icazə almır. Mən əlbəttə ki, öz ölkəmizin sənətkarlarını nəzərdə tutmuram. Əlbəttə ki, mahnı nə qədər gözəl ifa olunsa, təbliğ edilsə bunun özü musiqimiz üçün böyük bir işdir. İcazə söhbətləri mənə elə gəlir ki, son illərdə gündəmə gəlib. O vaxt bəstəkar mahnını yazırdı, kim istəyirdi ifa edirdi.

Türkiyəli aktrisanın bu mahnının necə əlinə keçdiyini də bilmirik. Yəqin ki, bu mahnıya bizim müğənnilərin ifasında qulaq asıb. O vaxt “İlk məhəbbətim” mahnısını Əbülfət Əliyev, Rübabə Muradova kimi sənətkarlar oxuyurdular. Dəqiqliyini bilmirik. Bəlkə də bunun üstünə düşüb maraqlanmaq olar” deyə sənətkarın övladı bildirib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by TRT Müzik (@trtmuzik)

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər