Vensin İslamabadda İranla danışıqlarda uğur qazanmaq şansı çox azdır... - Axios
Ekskluziv
588
09:03, Bu gün

Vensin İslamabadda İranla danışıqlarda uğur qazanmaq şansı çox azdır... - Axios

İran iki şərt yerinə yetirilmədiyi təqdirdə danışıqları boykot etməklə hədələyir: Livanda atəşkəs və İran aktivlərinin azad edilməsi...
 
ABŞ-ın vitse-prezidenti C.D. Vens nüvə mübahisəsini həll etmək və müharibəyə son qoymaq məqsədilə  İranla danışıqlar aparmaq üçün cümə günü Pakistana yola düşüb.
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, Amerikanın "Axios" nəşrinin yazdığına görə, görüşün özü tarixidir. Çünki bu, 1979-cu ildən bəri ABŞ və İran rəsmiləri arasında ən böyük yüksək səviyyəli qarşılıqlı ünsiyyətdir. Amma tərəflərin fikirləri kəskin şəkildə fərqləndiyindən uğur şansları az görünür.
 
"Hələ də danışıqlar apardığımız mövzu ilə bağlı razılığa gələ bilməmişik", - deyə başqa bir ABŞ rəsmisi bildirib.
 
Qeyd edilir ki, danışıqlar ərəfəsində tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırıblar. Rəsmi KİV sonradan onların İslamabada eniş etdiklərini bildirsə də, iranlılar ümumiyyətlə, danışıqlarda iştirak etməməklə hədələyiblər. Həmçinin, Vens təyyarədə olarkən Tramp İran liderlərini əməkdaşlıq etməyəcəkləri üstüörtülü şəkildətəqdirdə öldürməklə  hədələyib.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər