“Sərçələr o vaxt Bakı şəhərində çoxala bilər ki, qarğalar...”-FOTO+ÖZƏL
Ekskluziv
281
18:03, Bu gün

“Sərçələr o vaxt Bakı şəhərində çoxala bilər ki, qarğalar...”-FOTO+ÖZƏL

“Sərçələr ən çox insan məskənlərində yaşayırlar. Sərçələrə paytaxtda demək olar ki, rast gəlinmir. Yem bazası olan bitkilərin az olması onların yaşamına ciddi təsir edib. Sərçələrin Abşeronda, xüsusilə Bakı şəhərində qeyb olmasının bir səbəbi var. Əvvəllər qarğa dediyimiz quşlar Bakı mühitində, Bakı hüdudunda çox az sayda idi. Onlar əsasən yemlənmək üçün Bakı ətrafındaki zibilliklərdə tullantılarla qidalanırdılar. Belə ərazilərdə qidalanmaq üçün toplanırdılar. Şəhərin içərisində az rast gəlinirdi. Amma indi o yerlər ləğv olunub deyə qarğa quşlarına yalnız şəhər hüdudunda rast gəlinir. Bu da sərçələr üçün bir təhlükədir. Qarğa çox olan yerdə sərçələr olmur. Bir növ qarğaların şəhərin içərisində var olması, sayca artması sərçələri şəhərin içərisindən kənara sıxışdırıb çıxarıb”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov deyib. O daha sonra əlavə edib:


“Yenilənmə ilə bağlı əlverişli mühit qarğalar üçün daha yaxşı olub. Bakı şəhəri artıq meqapolisdir. Hündürmərtəbəli binalar tikilir, köhnə tikililər sökülür. Bu sərçələr üçün əlbəttə ki, xoşagəlməz bir mühitdir. Əgər əvvəlki kimi qarğaların sayı azalsa, təhlükəsiz şərait formalaşsa sərçələr şəhərə qayıda bilərlər. Siz şəhərin mərkəzində də, günün istənilən saatlarında da çoxlu sayda qarğa görə bilərsiz. Sərçələr üçün daha münasib iqlim şəraiti və qida ehtiyatı lazımdır ki, yenidən artıb törəsinlər. Bakı şəhərindəki sərçələr əkin sahələri bol olan, paytaxtdan kənar bölgələrə köç edirlər” deyə zooloq bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər