Bundan sonra ABŞ İsraili İranla meydanda tək buraxacaq?..- Sabiq baş diplomat…
Ekskluziv
838
15:20, Bu gün

Bundan sonra ABŞ İsraili İranla meydanda tək buraxacaq?..- Sabiq baş diplomat…

“İndi hətta deyirlər ki, İranla atəşkəsə getmək üçün Tramp İsrailin, yəni Netanyahunun razılığını almayıb. Halbuki Netanyahu İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə çalışır…”
 
ABŞ-la İran arasında ara-sıra pozulan kövrək atəşkəs cəhdindən sonra bir sıra analitiklər belə bir iddia irəli sürürlər ki,  Tramp adminstrasiyası  İsrailin hazırkı baş naziri Benyamin Netanyahu tərəfindən  təqdim edilmiş hərbi əməliyyat planı əsasında 40 günə yaxın müddətdə aparılmış hərbi əməliyyatın uğursuzluğa düçar olduğunu görərək müharibə meydanından çəkilməyə çalışır. Bunu atəşkəs başlanmamışdan bir gün öncə “The New York Times”(“Nyu-York Tayms”) nəşrində fevralın 11-də Netanyahunun Amerikada Trampla görüşü zamanı ona İran rejimi üzərində “sürətli qələbə” vəd edən genişmiqyaslı hərbi planını təqdim etməsi barədə geniş məqalədəki faktlarla da əsaslandıranlar var…
Bəs, görəsən, doğrudanmı ABŞ öz müttəfiqi İsraili bundan sonra İranla təkbətək buraxmaq qərarına gəlib?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov aşağıdakı fikirləri səsləndirib:
 
“Yox, mən buna inanmıram. Bu, o qədər də əsaslı bir versiya deyil. Zənnimcə, məsələ ondan ibarətdir ki, Birləşmiş Ştatlar daxilində hazırkı ölkə prezidenti Donald Trampa qarşı müxalif qüvvələr – ilk növbədə də demokratlar hər vasitə ilə mübarizə aparır və hər bir məsələni onun əleyhinə istifadə etməyə çalışırlar. Əslinə qalsa, bu gərginlik İranla müharibə başlamamışdan əvvəl də var idi. İndi isə Amerika müxalifəti öz siyasi mübarizələrində İran mövzusundan da yararlanmağa çalışırlar. Payızda da bildiyiniz kimi, ABŞ Konqresinə aralıq seçkilər gözlənilir. Ona görə də respublikaçılarla demokratlar arasında mübarizə getdikcə gərginləşəcək…
 
İkincisi də “Nyu-York Tayms”da gedən məqalə və dediyiniz versiya kimi  belə məlumatlar, istisna etmirəm ki, Trampın xeyrinədir. Çünki son aylar, xüsusən də İranla müharibə başlayandan bəri  əsas ittihamlar ondan ibarətdir ki, Tramp hazırkı İsrail hakimiyyətinin, başqa sözlə Netanyahunun  böyük təsiri  altındadır.  Amma artıq belə gedişlər əksini ifadə edir. İndi hətta deyirlər ki, İranla atəşkəsə getmək üçün Tramp İsrailin, yəni Netanyahunun razılığını almayıb. Halbuki Netanyahu İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə çalışır…
 
Beləliklə, o nəticəyə gəlmək olur ki, Tramp o qədər də İsrailin təsiri altında deyil. Amma öncə dediyim kimi, İrana qarşı müharibəni davam etdirmək zəruri olacağı təqdidə ABŞ-ın İsraili meydanda tək qoyacağına da inanmıram…
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər