“Müharibənin ikinci fazası daha qanlı şəkildə davam edəcək”
Ekskluziv
803
16:58, Bu gün

“Müharibənin ikinci fazası daha qanlı şəkildə davam edəcək”

ABŞ-la İran arasında iki həftəlik atəşkəs sazişi qüvvədədir.

Maraqlıdır, İranda müharibənin yenidən alovlanmaq ehtimalı varmı? Varsa, bu ehtimal nə qədər böyükdür?

Moderator.az-a açıqlama verən ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bu ehtimalın kifayət qədər yüksək olduğunu bildirib:

“Əldə edilmiş atəşkəs razılaşmasının çox kövrək olduğu bir məqamda qarşı tərəflərin bir-birinin qəbul edə bilməyəcəyi sülh şərtləri irəli sürməsi müharibənin yenidən alovlanması ehtimalını artırır. Tərəflər böyük ehtimalla danışıqlara gedəcəklər. Danışıqlar hər iki tərəfə lazımdır. Bu, onların qüvvələrini yenidən qruplaşdırmağa imkan yaradacaq. Planlarını yenidən gözdən keçirməyə imkan verəcək.

                      

Hələlik bir çox açıq məsələlər vardır ki, burda tərəflər öz mövqelərində qalırlar. ABŞ da regiona əsgər daşıyır. Bu başqa mətləblərdən xəbər verir. Görünən odur ki, müharibənin hələlik ilk fazası başa çatıb. Tramp da qeyd edir ki, zəifləmiş, gücdən düşmüş İranın nə edəcəyini kənardan izləyəcəyik. İsrail isə bir daha əlinə imkan düşməsi mümkün olmaya biləcək məqamı yarımçıq buraxmaz. Ən azı nüvə məsələsi tam həllini tapmalıdır.

İran hakimiyyətinin zatən liderləri öldürülüb. Amma hələ ayaq üstündədir. İlk günlərdəkindən fərqli bəyanatlar vermirlər. Hadisələrin gedişatı heç nəyi demək olar ki, dəyişməyib. İran geri addım atmır. Bu da vəziyyəti gərginləşdirir.

Hesab edirəm ki, müharibənin ikinci fazası daha qanlı şəkildə davam edəcək. İran ciddi güzəştlərə getməsə bütün region daha da qaynayacaq”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər