Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna Müdafiə Qüvvələri strateji təşəbbüsü qoruyub saxlayır və Rusiya qoşunlarının genişmiqyaslı hücuma başlamasının qarşısını alır.
Moderator.az "TSN"-ə istindla xəbər verir ki, bu barədə Baş Komandan Aleksandr Sırski bildirib.
"Orta hesabla, pilotsuz qüvvələr bölmələri artıq gündə 11 mindən çox döyüş tapşırığı yerinə yetirir. Orta Zərbə("Middle Strike") aktivlərimizin artan effektivliyini vurğulamaq istərdim. Əməliyyat dərinliklərində (30-120 km) təxminən 350 zərbə endirilib. Biz düşmənin 143 logistika obyektinə və nəqliyyat vasitəsinə, Rusiya ordusunun 52 komandanlıq məntəqəsinə, düşmənin 20 neft və enerji obyektinə və daha çoxuna zərbə endirdik", - deyə o, qeyd edib.
Eyni zamanda, düşmən yerində dayanmır...
"Kəşfiyyatımıza göstərir ki, aprelin əvvəlinə olan məlumata görə, işğalçılar pilotsuz sistem qoşunlarının sayını 101.000 hərbçiyə çatdırıblar və 2026-cı ilin sonuna qədər bu sayı 165.500-ə çatdırmağı planlaşdırırlar... Buna görə də, bu həlledici qarşıdurmada dayanmağa haqqımız yoxdur", - deyə Sırski əlavə edib.
S.Laçın