“ABŞ və İsrailin atəşkəsdən yararlanaraq hiylə işlətməsi ehtimalı kifayət qədər yüksəkdir...- Qalib kimdir?..”
Ekskluziv
441
09:16, Bu gün

“ABŞ və İsrailin atəşkəsdən yararlanaraq hiylə işlətməsi ehtimalı kifayət qədər yüksəkdir...- Qalib kimdir?..”

“Məsələnin mənəvi tərəfi də var. Tramp “bütöv bir sivilizasiyanı yer üzündən siləcəyi” ilə hədələyərək özünü bütün dünyada rüsvay etdi...”
 
“Bu saata olan vəziyyət yalnız belə bir təsəvvür yaradır ki, Tramp və Netanyahu arasında koordinasiya qismən pozulub. Nə Tramp Netanyahunu, nə də Netanyahu Trampı tam şəkildə idarə edir...”
 
"İranda isə sadə xalq elektrik stansiyaları və körpülərin ətrafında canlı divar əmələ gətirərək göstərdi ki, hər bir iranlı öz ölkəsi üçün canından keçməyə hazırdır…”
 
Moderator.az  tanınmış tədqiqatçı Araz Şəhrilinin beynəlxalq gündəmin ən vacib suallarından biri olan “ABŞ+İsrail - İran müharibəsinin qalibi kimdir..?” başlığı ilə təqdim etdiyi növbəti analitik yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:
“Livanda atəş tamamilə dayandırılsa və İsrail qoşunları bu ölkənin torpaqlarını tərk etsə, üç məsələyə aydınlıq gələcək:
 
1. Müharibə həqiqətən də bitmək üzrədir və sülh sazişi imzalanacaq.
 
2. Savaşın faktiki qalibi İrandır. Saziş bağlanarkən məhz İranın şərtləri qəbul ediləcək.
 
3. Tramp administrasiyası İsrail rejiminin ən azı tam nəzarəti altında deyil.
 
İsrail rejimi Livanın bombalanmasını bundan sonra da davam etdirsə, aşağıdakılar məlum olacaq:
 
1. Atəşkəs Tram-Netanyahu koalisiyasına “nəfəslərini dərmək” üçün lazımdır. 
 
İzahat: 
 
Amma belə olsaydı, Netanyahu da ümumi məqsəd naminə atəşi dayandırar, sonra müxtəlif bəhanələrlə qoşunların Livan ətrafından çəkilməsini ləngidərdi. Bu əlamət kifayət qədər ciddidir və “time-aut” ehtimalını bir qədər şübhə altına alır.
 
2. Hər iki tərəf pat vəziyyətindədir. 
 
İzahat: 
 
Lakin qeyd etməliyik ki, atəşkəs ərəfəsində İranın mövqeyi daha üstün idi. 
 
- Hörmüz boğazına nəzarət edir.
 
- Bab əl-Məndab boğazını da bağlamaq imkanına malikdir. 
 
- İsrailə və körfəz ölkələrinin ərazisindəki ABŞ bazalarına və aktivlərinə şiddətli cavab zərbələri endirə bilər.
 
- Məsələnin mənəvi tərəfi də var. Tramp “bütöv bir sivilizasiyanı yer üzündən siləcəyi” ilə hədələyərək özünü bütün dünyada rüsvay etdi. İranda isə sadə xalq elektrik stansiyaları və körpülərin ətrafında canlı divar əmələ gətirərək göstərdi ki, hər bir iranlı öz ölkəsi üçün canından keçməyə hazırdır…
 
3. Trampın cilovu, ehtimal ki, Netanyahunun əlindədir. 
 
İzahat: 
 
Ancaq bu saata olan vəziyyət yalnız belə bir təsəvvür yaradır ki, Tramp və Netanyahu arasında koordinasiya qismən pozulub. Nə Tramp Netanyahunu, nə də Netanyahu Trampı tam şəkildə idarə edir.
 
Livanla bağlı bir-birini tamamlayan üç hadisə baş versə, bəlli olacaq ki, ABŞ ilə İsrail arasında həqiqətən də ciddi problemlər mövcuddur:
 
1. İsrail atəşkəsə baxmayaraq Livanı bombalayır.
 
2. İran İsrailə cavab zərbələri endirir.
 
3. ABŞ sonadək münaqişəyə qarışmır…
 
ABŞ-İsrail cütlüyünün atəşkəsdən istifadə edərək hiylə işlətməsi ehtimalı kifayət qədər yüksəkdir. Zənnimizcə, ABŞ ordusunun Hörmüz boğazında quru əməliyyatına ən çox maneə yaradan amillərdən biri də orada xeyli sayda - yüzlərlə neft tankerinin yığılmasıdır. Hücum zamanı onların yandırılması beş nəticəyə gətirib çıxara bilər:
 
1. Əməliyyatın keçirildiyi şəraiti qəlizləşdirəcək.
 
2. İran körfəzində dəniz suyu kritik həddə çirklənəcək.
 
3. Tankerlərin mənsub olduğu ölkələrlə ABŞ arasında münasibətlər korlanacaq.
 
4. Dünyada neft qiymətləri bir qədər də qalxacaq.
 
5. ABŞ və onun bilavasitə müttəfiqlərinə ciddi maddi zərər dəyəcək…
 
Hörmüz boğazında tanker tıxacı aradan qaldırıldqdan sonra bəzən “Epşteyn koalisiyası” da adlandırılan ABŞ-İsrail cütlüyü quru əməliyyatı keçirmək istəsə, İran aşağıdakı addımları ata bilər:
 
1. Bütün Fars körfəzini minalayacaq. Dəniz minalarının təmizlənməsi hədsiz dərəcədə mürəkkəb və uzun müddət tələb edən prosesdir.
 
2. Səudiyyə Ərəbistanının, Qətərin, Bəhreynin, Birləşmiş Ərəb Əmirliklərinin və imkan daxilində İsrailin neft-qaz yataqlarını və infrastrukturunu, su-təmizləyici qurğularını, elektrik stansiyalarını raket və dronlarla vurub sıradan çıxaracaq.
 
3. Yəmən şiələrinin vasitəsilə Bab əl-Məndab boğazını bağlayacaq…
 
Daha bir mümkün hiylə variantı qalır… 
 
Tramp-Netanyahu cütlüyü İran rəhbərliyini sülh danışıqları ilə aldadıb onların sayıqlığını azaltmaq və 28 fevral zərbəsini təkrarlamaq istəyir. Xüsusilə ona görə ki, bu həftə Seyid Əli Xameneinin dəfn mərasiminin keçiriləcəyi güman olunur. Bu tədbir baş tutsa, orada İranın indiki Ali Rəhbəri Seyid Müctəba Xamenei, ölkənin yüksək vəzifəli siyasi və hərbi xadimləri iştirak edə bilərlər…
 
Amma aydın məsələdir ki, Tramp-Netanyahu cütlüyünün bu planı da iflasa uğrayacaq. Çünki iranlılar bilirlər ki, Trampla Netanyahunun heç bir kəlməsinə və vədinə zərrə qədər də inanmaq olmaz. Bir sözlə, İran rəhbərliyi çalışacaq ki, eyni vəziyyətdə artıq üçüncü dəfə palçığa batmasın.
 
Beləliklə, göründüyü kimi, İran və müttəfiqləri “Epşteyn koalisiyası”nın bütün mümkün hərəkətlərini bəri başdan bloklayıblar. Müəyyən bir nəticəyə gəlmək üçün ən çoxu iki gün kifayət edəcək…
 
Müəllif: tədqiqatçı Araz Şəhrili”
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər