09:01
9°C
Bakı
"Netanyahu Beyruta terror hücumu təşkil edərək Trampın İranla atəşkəsini pozdu".
Moderator.az xəbər verir ki, bunu məşhur Amerika jurnalisti Taker Karlson özünün veb-saytında və "X"("Tvitter") hesabında yazıb.
"Biz dərhal İsraildən uzaqlaşmalıyıq", -davamında belə yazın jurnalist ABŞ hökumətinə çağırış edib.
Xatırladaq ki, dünən - aprelin 8-də ABŞ-İran atəşkəs razılaşmasından az sonra İsrail 10 dəqiqə ərzində Livanda 100 hədəfə zərbə endirib. Və İsrailin bir gündə ən azı 254 nəfərin ölümünə, 1165-dən çox insanın yaralanmasına səbəb olan hücumlarından sonra Livan hökuməti matəm elan edib...
S.Laçın