“Sülh üçün böyük gün”, yoxsa ölüm-dirim savaşında qısa fasilə?
Ekskluziv
442
15:48, Bu gün

“Sülh üçün böyük gün”, yoxsa ölüm-dirim savaşında qısa fasilə?

Məlum olduğu kimi, İranla ABŞ arasında iki həftəlik sülh sazişi imlalanıb. Hansı ki, ABŞ Prezidenti Donald Tramp bunu “sülh üçün böyük gün” adlandırıb.Bəs əslində necə, doğrudanmı İranla ABŞ arasındakı razılaşma sülh üçün böyük gündür?jh

Hər şeydən öncə qeyd edək ki, qısa müddət üçün nəzərdə tutulmasına baxmayaraq, tərəflər arasında imzalanan bu saziş həqiqətən də mühüm əhəmiyyətə malikdir və ən azından iki həftə ərzində Yaxın Şərq regionunu hərbi əməliyyatlardan sığortalayır. Bu, sadəcə yüzlərlə insan həyatının deyil, eyni zamanda bütöv şəhərlərin, nəhəng infrastrukturların, neft terminallarının dağıntılardan sığortalanması deməkdir. Bu mənada ABŞ-la İran arasında sülh sazişinin imzalanması həm döyüşən tərəflər, həm də region və dünya xalqlarının mənafeyi baxımından təqdirəlayiqdir.

Bununla yanaşı, unutmaq olmaz ki, ABŞ-la İran arasında imzalanan bu saziş cəmi iki həftə üçün nəzrədə tutulub və müddətlidir. İlkin razılaşmaların əldə edilməsinə baxmayaraq, tərəflər arasında hələ də həll edilməyən kifayət qədər problem mövcuddur və onların demək olar ki, əksəriyyəti strateji əhəmiyyət daşıyır.  Bu mənada iki həftəlik sülh sazişini tərəflər arasında onilliklərdir ki, mövcud olan problemlərin həlli kimi qiymətləndirmək üçün əsas yoxdur.

Başqa sözlə desək, Ağ Ev sahibinin “sülh üçün böyük gün” kimi xarakterizə etdiyi bu olay tərəflər arasındakı ölüm-dirim savaşında verilən qısa fasilə də ola bilər ki, indiki məqamda hər iki tərəfin belə bir fasiləyə ciddi ehtiyac duyduğu birmənalıdır. Çünki hər iki tərəf bir aydan çoxdur ki, davam edən müharibəyə həm hərbi, həm də iqtisadi baxımdan böyük resurslar sərf edib. Hansı ki, hərbi əməliyyatları bu templə davam etdirmək həm İran, həm də ABŞ üçün kifayət qədər çətindir. Buna görə də iki həftəlik atəşkəs rejimindən hər iki tərəfin sürətlə silahlanmaq, çoxlu sursat ehtiyatı toplamaq və digər hərbi məqsədlər üçün istifadə edəcəyi birmənalıdır. Odur ki, iki həftəlik saziş daha uzunmüddətli sazişlə əvəz edilməyəcəyi təqdirdə, tərəflər arasında yeni hərbi qarşıdurmaların daha qanlı və dağıdıcı olmaq ehtimalı böyükdür.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər