Ekskluziv
363
08:08, Bu gün

"Bu dəli, ruhi xəstə vəzifəsindən uzaqlaşdırılmalıdır!"-Xanım konqresmen ABŞ prezidenti haqda...- "AXİOS"

ABŞ prezidenti Donald Trampın İranda "bütün bir sivilizasiyanın məhv olacağı" ilə bağlı təhdidlərindən sonra Demokrat Partiyasının üzvləri açıq şəkildə Trampı impiçment etməyi və ya hətta vəzifəsindən uzaqlaşdırmağı düşünməyə başlayıblar.
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.  
 
"Ağ Evin İrandakı davranışları, eləcə də Venesueladakı hadisələr qanunvericiləri bu cür sərt tədbirlər görməyə sövq edib.
 
Nümayəndə Palatasının üzvü Yasəmin Ənsari (demokrat-Kaliforniya) bildirib ki, "25-ci düzəliş elə belə mövcud deyil;  administrasiyası ondan istifadə  etməlidir. Amerika qoşunlarının, İran xalqının və qlobal sistemimizin təməllərinin taleyi təhlükədədir".
 
Bu arada, onlarla demokrat Trampın "bütün bir sivilizasiyanın bu gecə məhv olacağı" barədə "tvit"indən sonra onu istefa verməyə çağırıb.
 
"Bu, qəbuledilməzdir. 25-ci düzəlişi tətbiq edin. İmpiçment edin. Çıxarın. Bu dəli psix, ruhi xəstə vəzifəsindən uzaqlaşdırılmalıdır",  -deyə Nümayəndələr Palatasının digər müsəlman üzvü, xanım İlhan Ömər (Demokrat-Kaliforniya) "tvit" atıb.
 
Xatırladılır ki, 7 aprel axşamı Konqresin Nümayəndələr Palatasının 50-dən çox  demokrat üzvü eləcə də senatorlar Ed Markey və Ron Vayden Trampın impiçment yolu ilə və ya 25-ci düzəlişə əsasən vəzifəsindən uzaqlaşdırılmasını tələb ediblər.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər