“İran Hörmüz boğazını bağlamaqla dünyada anti-Amerika əhval-ruhiyyəsini gücləndirir”
Ekskluziv
645
18:55, Bu gün

“İran Hörmüz boğazını bağlamaqla dünyada anti-Amerika əhval-ruhiyyəsini gücləndirir”

“İranın Hörmüz boğazını bağlaması dünyada neftin qiymətinin əhəmiyyətli dərəcədə bahlaşdırıb. Bu isə bütün dünyada anti-Amerika əhval-ruhiyyısinin genişlənməsinə səbəb olub”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, bu, Amerikaya təzyiq üçün unikal vasitələrdən biridir:

“Şübhəsiz, neftin qiymətinin bahalşması bundan əziyyət çəkən ölkələrdə Amerikaya qarşı narazılıq və etirazlarla nəticələnir. İranın da istədiyi məhz budur. İran çalışır ki, neftin bahalaşmasından əziyyət çəkən ölkələr müharibənin səbəbkarı kimi Ameikaya öz etirazlarını bildirsinlər, müharibənin daha tez başa çatması üçün Vaşinqtona təzyiq göstərsinlər.

İran həm də Amerikanın Yaxın Şərq ölkələrindəki hərbi bazalarına zərbələr endirir. Bununla bildirir ki, Amerika bu coğrafiyanı tərk etməli, Yaxın Şərqdən getməlidir”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər