Bizi sosial şəbəkələrdən izləyin:
"Artıq məlumdur ki, "SEPAH" bütün mümkün hakimiyyəti ələ keçirib..."
"The Times" qəzeti öz mənbələrindən İranın yeni Ali Lideri Müctəba Xameneinin Qumdakı yeraltı xəstəxanada olduğunu və seçildiyindən bəri ölkəni idarə edə bilmədiyini ilk olaraq xəbər verib.
Moderator.az bu haqda İsrail mediasına istinadla yazır. Qeyd edilir ki, məlumat Amerika və İsrail kəşfiyyatının qiymətləndirmələrinə uyğun hazırlanmış gizli diplomatik memoranduma əsaslanır.
"Kəşfiyyat məlumatlarına görə, gənc Xamenei öz vəzifələrini yerinə yetirmir və qərar qəbuletmədə iştirak edə bilmir.
Ötən bazar ertəsi rejim liderin "operativ qərargah"da çəkilmiş videosunu yayımladı, lakin videonu təhlil edən mütəxəssislər onun süni intellekt tərəfindən yaradıldığı qənaətinə gəldilər. Xamenei komadadır, ona görə də heç bir video və ya hətta etibarlı səs yazısı yoxdur"- xəbərin davamında belə deyilir.
Xəbərdə o da iddia edilir ki, hazırda Qumda tikilən məqbərə açıq şəkildə tək bir məzar üçün deyil: "Görünür, ata və oğulu birlikdə dəfn etmək üçün hazırlıqlar gedir..."
"İrandakı siyasətçilər Müctəba Xameneinin əlil olmasına baxmayaraq xəstəxanada uzun müddət qalmadığını israr edirlər. O, qərarlar qəbul edir və idarəetmədə iştirak edir.
Çox güman ki, İslam İnqilabı Keşikçiləri Korpusu("SEPAH") sadəcə Xameneinin adından ölkəni idarə etmək üçün istifadə edir. Artıq məlumdur ki, "SEPAH" bütün mümkün hakimiyyəti ələ keçirib"- İsrail nəşri sonda yazır.
S.Laçın