Ötən gün İctimai televiziyada yayımlanan "Maska" şouda münsif kürsüsündə əyləşən müğənni Nigar Camal həmkarı Ofeliya Şabanovanın ünvanına xoşagəlməz ifadələr işlədib. O müğənni haqda "Ərinin orasını-burasını yuyan" deyib.
Moderator.az-a açıqlama verən Ofeliya Şabanova həmkarını sərt tənqid edib:
"Şərəfli insanlar onu da tanıyır, məni də. Cürəti çatmaz mənə desin. Əgər mənə deyibsə xatırladım ki, "arxasını" xalqa göstərib "bir parça keks" deyən mən deyildim. Hal hazırda 44 günlük vətən müharibəsi qazisi, doğma qardaşım Nurməmməd Şabanov Sabunçu xəstəxanasının reanimasiya şöbəsində ölümlə mübarizə aparır. Bu dəqiqə başım qardaşıma qarışıb. Mənim çəkdiyim dərdi mənə söz atanlar çəksin inşallah. Allaha şükür heç olmasa orasını-burasını yumağa ərim var. Onun bəs necə?" deyə bildirib.
Ofeliya Şabanova daha sonra əlavə edib:
"Qəti onunla üz üzə gəlməmişəm. Mən uşaq vaxtı orta məktəbdə oxuyanda kasıbçılıqdan geyimim çox bərbad olurdu. Mənə uşaqlar gülürdü. Hər gün ağlayırdım. Bir gün məktəbdə ağlaya-ağlaya müəllimə şikayət etdim, dedim ki, uşaqlar mənə gülür, ələ salır. Müəllim dedi ki "qızım sən fikir vermə. Əgər sənə çöldə it hürsə ona da əsəbləşəcəksən?". Get fikir vermə. Hər hürən itin qabağına sümük atmazlar". Sizcə mən ona cavab verərəm? İnanın bəlkə də Azərbaycanda məndən çox sataşılan, söz atılan ifaçı yoxdur. Yeganə səbəbi səsimdir. Vau-vau ediləsi gözəlliyim yox, əxlaqsız geyimim yox, əxlaqsız danışdığım yox. Demək səsim bunlara bəladır" deyə sənətçi bildirib.