“Təyyarə pilotunun xilas edilməsi əslində ABŞ ordusunun İranda ilk və uğursuz quru əməliyyatı oldu...”
Ekskluziv
1236
11:41, Bu gün

“Təyyarə pilotunun xilas edilməsi əslində ABŞ ordusunun İranda ilk və uğursuz quru əməliyyatı oldu...”

 
ABŞ prezidentinin öz komandası daxilində avtoriitar idarəetmə tərzini nəzərə alsaq, onun müharibə nazirinin belə davranışı təəccüb doğurmamalıdır...”
 
“Nəqliyyat təyyarələrinin belə bir çətin şəraitdə eniş etmələrinə nə ehtiyac vardı? Bu təyyarələrdən istifadə onu göstərir ki, əməliyyata xeyli sayda xüsusi təyinatlı cəlb edilmişdi...”
 
Tanınmış tədqiqatçı Araz Şəhrili Moderator.az-a ABŞ ordusunun “F-15E” və ya “F-35” təyyarəsinin pilotunun xilas edilməsi əməliyyatı haqda aşağıdakı yazısını təqdim edib:
 
“Bütün əlamətlər göstərir ki, “F-15E” və ya “F-35” təyyarəsinin pilotunun xilas edilməsi əməliyyatı, əslində, ABŞ ordusunun pərdə altında keçirdiyi quru əməliyyatı idi. Gəlin sadalayaq:
1. “Xilasetmə əməliyyatından” cəmi 3 gün əvvəl - aprelin 2-də amerikalı hərbi analitik Larri Conson aşağıdakıları bildirmişdi:
 
“Aprel ayının 5-7-si arasında ABŞ ordusu İrana qarşı quru əməliyyatına başlayacaq. Hücumda təxminən 15.000 hərbçi iştirak edəcək. Hər döyüşçüyə iki paraşüt verilib. Bu isə ona dəlalət edir ki, əsgərləri döyüş zonasına çox böyük yüksəklikdən atacaqlar. Deməli, əsas hədəf kiçik Xarq adası deyil, iri Qəşm adası və İranın sahilyanı ərazisidir. İran ordusunun canlı qüvvə və texnikasını məhv etmək üçün “A-10 Thunderbolt II” təyyarələri ayrılıb. Bütün bunlara rəğmən, quru əməliyyatı uğursuz olacaq, ABŞ ordusu böyük itkilər verib geri çəkiləcək”.
 
İndi isə “ABŞ+İsrail - İran müharibəsində yaxın vaxtlarda nələr baş verə bilər..?” başlıqlı, 4 aprel 2026-cı il tarixli məqaləmizin aşağıdakı hissəsinə diqqət yetirək: 
 
“Maraqlıdır ki, amerikalı analitik Larri Consonun bəyanatından az sonra İran silahlı qüvvələri Qəşm adası üzərində ABŞ-nin bir “A-10 Thunderbolt II” döyüş təyyarəsini “yer-hava” tipli raketlə vurub məhv etdilər. Təyyarənin hədəfə götürülməsi, vurulması və yanaraq düşməsi anlarının video-çəkilişi də göstərildi. Bu hadisə Larri Consonun ehtimalını gücləndirir. Belə görünür ki, ABŞ Qəşm adası üzərinə həqiqətən də hücuma hazırlaşır. Eyni zamanda sözügedən fakt həm də onu göstərir ki, İran ordusu düşmənin niyyətini bildiyinə görə adanı kifayət qədər yaxşı qoruyur”. 
 
Çox böyük ehtimalla,  məhz “A-10 Thunderbolt II” döyüş təyyarəsinin Qəşm adası üzərində vurulması amerikalıları məcbur etdi ki, “zəfər hücumunun” yerini dəyişsinlər. Onlar əmin oldular ki, ada və ətrafında hava hücumundan müdafiə kompleksləri yerləşdirilib. Amerikalılara, əslində, real nəticə deyil, qələbənin imitasiyası lazım idi. Vaxtı isə dəyişmək istəmədilər. Çünki Trampa söz vermişdilər. ABŞ prezidentinin öz komandası daxilində avtoriitar idarəetmə tərzini nəzərə alsaq, onun müharibə nazirinin belə davranışı təəccüb doğurmamalıdır.
2. İlkin məlumata görə, ABŞ-nin “F-15E” və ya “F-35” təyyarəsi Mərkəzi ostanının üzərində vurulmuşdu.
 
Həmin hadisənin baş verdiyi günün axşamı “SNN Türk” kanalının məlumatına əsasən, Tehran səmasında ABŞ təyyarələri aqressiv şəkildə, bəzən çox alçaqdan uçurdular. Verilişin qonağı olan hərbi ekspertlər bunun səbəbini izah edə bilmədilər. Amma zənnimizcə, amerikalılar qırıcını vurmuş ZRK-nın yerini müəyyən etmək istəyirdilər. Tehran şəhəri Mərkəzi ostanında yerləşir. “Xilasetmə əməliyyatı” isə İsfahan çölündə, İranın əsas nüvə obyektlərindən birinin yaxınlığında keçirildi. Bununla yanaşı, o da mümkündür ki, iranlılar ABŞ təyyarələrini eyni gündə həm Mərkəzi ostanının, həm də İsfahan çölünün üzərində vurub salmışdılar. Ümumiyyətlə, bu məsələ ilə əlaqədar iranlıların təqdim etdikləri statistika daha həqiqətəuyğundur. Amerikalıların məlumatları isə ziddiyyətlidir və çoxlu sual doğurur...
 
3. Pilotu xilas etmək üçün havadan qırıcı və bombardmançı təyyarələrin, eləcə də hücum helikopterlərinin atəş dəstəyi ilə bir neçə döyüş-nəqliyyat helikopterinin əraziyə düşməsi kifayət etməli idi. Nəqliyyat təyyarələrinin belə bir çətin şəraitdə eniş etmələrinə nə ehtiyac vardı? Bu təyyarələrdən istifadə onu göstərir ki, əməliyyata xeyli sayda xüsusi təyinatlı cəlb edilmişdi.
 
“Amerikalılar nə etmək istəyirdilər” sualının mümkün cavablarından biri cari il martın 27-də qələmə aldığım “ABŞ Xarq adasına hücum edəcək, yoxsa..?” başlıqlı məqalədədir:
 
“Səsləndirilmiş fikirlərdən biri də budur ki, amerikalılar İranın uran ehtiyatını ələ keçirmək istəyirlər. Lakin belə bir xüsusi əməliyyatın risq dərəcəsi olduqca yüksəkdir. Bunun üçün;
 
- uranın dəqiq yeri barədə doğru və dolğun kəşfiyyat informasiyası olmalıdır;
 
- hücum ciddi şəkildə planlaşdırılmalıdır; 
 
- həmlə qəfil və qüsursuz həyata keçirilməlidir.
Qeyd: Bu variantın Donald Tramp üçün münasib olan bir üstün cəhəti var. Amerikalılar hücumun imitasiyasını edib, guya uranı ələ keçirdiklərini bildirərək birtərəfli qaydada müharibədən çıxa bilərlər. Ancaq israillilər buna imkan verərlərmi? Zənnimizcə, yox! Çünki İran nə İsraildən, nə də körfəz ölkələrindən əl çəkəcək...”
 
P.S. Ola bilsin ki, ABŞ yaxın günlərdə daha bir cəhd göstərəcək... 
 
Müəllif. tədqiqatçı Araz Şəhrili"
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər