“İran xalqı sübut etdi ki, bir addım da olsun geri çəkilməyəcək!”
Ekskluziv
811
17:50, Bu gün

“İran xalqı sübut etdi ki, bir addım da olsun geri çəkilməyəcək!”

ABŞ-İsrail koalisiyasının İrana qarşı müharibəsi davam edir.

Maraqlıdır, hazırda qələbəyə daha yaxın olan tərəf hansıdır? Proseslərin gedişatı tərəflərdən hansının marağında daha çox uyğundur?

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Zərdşt Əlizadə İranın təşəbbüsü ələ aldığını bildirib:

“ABŞ və İsrailin iqtisadi-hərbi gücü İranın hərbi-iqtisadi gücündən qat-qat çoxdur. Lakin müharibənin müqəddəratını yalnız bu amillər həll etmir. Xalqın əzmi, müharibənin təşkili, əhalinin fədakarlığı, ölümə hazırlıq səviyyəsi də qələbənin əldə edilməsində mühüm rol oynayır.

İran xalqı sübut etdi ki, vətəni müdafiə məsələsində bir addım da olsun geri çəkilmək niyyətində deyil. Bir aydır davam edən döyüşlər onu deməyə əsas verir ki, İran böyük maddi itkilərə məruz qalsa da, təşəbbüs və üstünlük İranın tərəfindədir. İran bərabərhüquqlu danışıqlar tələb edir və öz iradəsini Amerikaya diktə edir. Bu, İran müharibəsinin reallığıdır və hər kəs bu reallıqla barışmalı olacaq”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər