“ABŞ ənənəvi müttəfiqlərini siyasi-mənəvi baxımdan itirir”
Ekskluziv
2407
05 Apr 2026 | 12:59

“ABŞ ənənəvi müttəfiqlərini siyasi-mənəvi baxımdan itirir”

“Donald Trampın İran müharibəsi fonunda verdiyi açıqlamalar, ABŞ-ın tarixi müttəfiqləri ilə bağlı səsləndirdiyi ittihamlar bu ölkənin ənənəvi müttəfiqlərini siyasi-mənəvi baxımdan itirməsi ilə müşahidə olunur”.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin məlumatına görə,

Trampın siyasəti ABŞ-ın müttəfiqlərini “daha açıqsözülü olmağa vadar edir”. Nəşr Fransa prezidentinin açıqlamasından nümunə gətirərək deyir:

“Fransa prezidenti Emmanuel Makron bu həftə bildirib ki, ABŞ “təkbaşına həyata keçirməyi seçdikləri bir əməliyyatda dəstəklənmədiklərindən sonra çətin ki, şikayət edə bilsin.

Bu, bizim əməliyyatımız deyil”.

Nəşr Böyük Britaniyanın da müharibədə aktiv iştirakdan imtina etdiyini bildirib.

Trampın milli təhlükəsizlik üzrə birinci müddətli müşaviri Con Bolton, mövcud administrasiyanın müharibəyə başlamazdan əvvəl müttəfiqlərlə məsləhətləşməməklə “ciddi səhv” etdiyini söyləyib:

“Əgər koalisiyanızı müharibədən əvvəl qurmasanız, müharibədə olduğunuz müddətdə bunu etmək olduqca çətindir”.

Ekspertlər hesab edir ki, Tramp ABŞ-ın müttəfiqlərinə qarşı ittihamedici ritorikadan əl çəkməsə, bu, rəsmi Vaşinqtonu yeni siyasi itkilərlə üz-üzə qoya bilər.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər