“Tramp hamısını məhv etmişik demişdi, İran əksini sübut etdi...”
Ekskluziv
1082
04 Apr 2026 | 19:49

“Tramp hamısını məhv etmişik demişdi, İran əksini sübut etdi...”

İranda ABŞ təyyarəsinin vurulması Prezident Donald Trampın verdiyi bəzi açıqlamaların Amerika və dünya mediasında ciddi müzakirələrə və tənqidlərə səbəb olub.

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, Donald Tramp bir müddət bundan öncə İrandan danışarkən deyib:

“Onların radarları 100% məhv edilib. Biz hərbi qüvvə kimi dayanılmazıq”.

Lakin İranda ABŞ hərbi təyyarəsinin vurulması Donald Trampın açıqlamasında yer alan fikrin o qədər səhih olmadığını göstərib. Başqa sözlə desək, İran ABŞ təyyarəsini vurmaqla Trampın bu və digər açıqlamalarına ictimaiyyətin inamını nəzərçarpacaq dərəcədə azaldıb.

Ekspertlər hesab edir ki, Trampın açıqlamaları ilə real hərb meydanında baş verənlər arasıdnakı ziddiyyət, yaxın gələcəkdə Ağ Ev sahibinin nüfuzunun daha da aşağı düşməsi ilə nəticələnə bilər.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər