Bizi sosial şəbəkələrdən izləyin:
İran İslam İnqilabı Keşikçiləri Korpusu ("SEPAH") şənbə günü verdiyi açıqlamada bildirib ki, İran pilotsuz təyyarəsi Hörmüz boğazında İsrailə bağlı gəmini vurub.
İİKK-nın Hərbi Dəniz Qüvvələri komandanlığı "X"sosial media hesabl vasitəsilə bildirib ki, "MSC Ishika" gəmisi geniş miqyasda" yanğına məruz qalıb.
Moderator.az bu haqda "Anadolu" agentliyinin ingilis bürosuna istinadla xəbər verir.
İranın iddiaları ilə bağlı İsrail tərəfindən dərhal heç bir açıqlama verilməyib.
Xatırladılır ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə hücuma başlamasından və bu günə qədər o vaxtkı Ali Lider Əli Xamenei də daxil olmaqla 1340-dan çox insanın ölümündən sonra regional gərginlik daha da artıb.
Tehran İsraili, eləcə də ABŞ hərbi obyektlərinə ev sahibliyi edən İordaniya, İraq və Körfəz ölkələrini hədəf alan pilotsuz təyyarələr və raket hücumları ilə cavab verib. İran həmçinin Hörmüz boğazından gəmilərin hərəkətini məhdudlaşdırıb.
S.Laçın