Yüzlərlə müəllim və valideyn:
Ekskluziv
395
14:31, Bu gün

Yüzlərlə müəllim və valideyn: "Yəhudi terroruna şərik ola bilmərik" - İsrail mətbuatı

 
"İsraildə yüzlərlə pedaqoq və valideyn susmamağa çağırır, baş verənlərə qarşı açıq mövqe tələb edir..."
 
İsraildə 800-dən çox yuxarı sinif müəllimi və valideyn Fələstin ərazilərində baş verənlərə etiraz edərək "cinayətlər qarşısında susmamağa" çağırıb və "yəhudi terrorunun" dayandırılmasını tələb edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.
 
"Susmaq - razılıq deməkdir"
 
Birgə video müraciətdə onlar bildiriblər: "Biz yeni nəslin tərbiyəsinə cavabdehik. Susmaq razılıq və cinayətlərdə şəriklik deməkdir. Biz bütün israilliləri bizə qoşulmağa çağırırıq - təkcə qınamaq yox, hərəkət etmək lazımdır. Qanunun ayrı-seçkilik olmadan tətbiqini tələb etməliyik. Bu, hamımız üçün mənəvi imtahandır".
 
Məktəblərdə müzakirələr və müəllimlərin narahatlığı
 
Həmkarlar ittifaqının "Davar" nəşri yazır ki, müəllimlər petisiyanı imzalamazdan əvvəl bu mövzunu şagirdlərlə müzakirə ediblər. Məktəblər bağlı olduğundan, bu söhbətlər əsasən onlayn platformalarda aparılıb.
Müəllimlərdən biri qeyd edib ki, "Zoom" üzərindən şagirdlərin reaksiyasını tam anlamaq çətin olsa da, onların bu mesajı eşitdiyinə inanır.
 
"Şagirdlər sabah bu reallıqla üzləşəcək"
 
Pedaqoqlar baş verənlərə görə şəxsi məsuliyyət hiss etdiklərini vurğulayırlar. Onların sözlərinə görə, şagirdlər yaxın gələcəkdə orduya gedəcək və həmin ərazilərdə xidmət edəcəklər, buna görə də reallığı və mənəvi məsuliyyəti anlamalıdırlar.
 
Etirazın təşəbbüskarlarından biri bildirib ki, ordu çox vaxt öz vəzifəsini yerinə yetirmir və fələstinli əhalini məskunlaşanlardan qorumur. O, əlavə edib ki, təhsil sistemi şagirdləri bu cür çətin situasiyalara hazırlamalı, onlarda tənqidi düşüncə və empatiya formalaşdırmalıdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər