“O rolu canlandıran aktyor teatrda ola-ola, sən kənardan aktyor gətirirsənsə bu haqsızlıqdır” - FOTO+ÖZƏL
Ekskluziv
603
19:05, Bu gün

“O rolu canlandıran aktyor teatrda ola-ola, sən kənardan aktyor gətirirsənsə bu haqsızlıqdır” - FOTO+ÖZƏL

“Bu gün imkan var, film və serial sektoru inkişaf edir, amma mən çəkilmirəm. Seriallara dəvət olur, amma getmirəm. Yaxşı seriallar, maraqlı senari olsa çəkilərəm. Elə aktyorlar var ki, çəkilir. Mən onlara heç aktyor deyə bilmirəm. Onlarla da birlikdə çəkilmək, nəsə bir sənət yaratmaq mümkün deyil. O heç özü bilmir ki, nə işə qulluq edir?! Ona görə də 5-10 il ömrümüz qalıb ya yox, onu teatra həsr edirik. Biz dünyanı tutub yaşayası deyilik ki”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Cəfər Namiq Kamal deyib.

O daha sonra teatrda baş rejissor vəzifəsinin ləğv edilməsini bu cür izah edib:

“Bunların hamısı bizim başımızda çatladı. “Baş”-lar getdi, görək indi o birilər nə edəcək?! “Baş”-la deyil! Gərək hər kəs öz yerində olsun. Hər kəsi yerində qiymətləndirmək lazımdır. Rejissorun əsas işi odur ki, kollektivə uyğun əsər seçə bilsin və rol bölgüsünü düzgün aparsın. Rol bölgüsü düzgün olmayanda o tamaşa uğur qazana bilməyəcək. O rolu canlandıran aktyor teatrda ola-ola, sən kənardan aktyor gətirirsənsə bu haqsızlıqdır. Gərək hər şeyi düzgün və halal edəsən” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, aktyor sənəti ömürqısaldan sənətdir:

“Mən xalqın içində çox oluram. Hər il yayda Yesentukiyə gedirəm. Ora azərbaycanlılar ailəvi çox gəlirlər. Məni saxlayırlar, şəkil çəkdirirlər. Yanında ailəsi, övladı, anası.. Mənə elə bir sənət sahibi göstərin ki, yad adam ailəsi ilə birlikdə onunla şəkil çəkdirmiş olsun?! Amma aktyora qarşı başqa bir münasibət var. Aktyoru ailənin bir üzvü kimi qəbul edirlər. Bir Allah, bir də aktyor yeni insan yaradır. Ona görə də aktyor ömür qısaldan sənətdir” deyə sənətkar bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər