ABŞ-dakı general istefaları İran müharibəsinin Vaşinqtonda doğurduğu böhranın əks-sədasıdır
Ekskluziv
230
18:01, Bu gün

ABŞ-dakı general istefaları İran müharibəsinin Vaşinqtonda doğurduğu böhranın əks-sədasıdır

Martın 17-də ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru Co Kent vəzifəsindən istefa verib. Bu barədə "X" platformasında paylaşım edən Kent istefasının səbəbini “İranla müharibəni vicdanla dəstəkləyə bilməməsi” ilə izah edib.

Aprelin ilk günlərində isə ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corc istefa verib. Bundan başqa, ABŞ ordusunun Transformasiya və Təlim Komandanlığının rəisi general Devid Hodne və ordu kapellanları korpusunun rəisi general-mayor Uilyam Qrin də vəzifələrindən azad ediliblər. Bu generalardan bəzilərinin istefa səbəbi açıqlanmasa da, məlum istefaların bu və ya digər dərəcədə İran müharibəsi ilə əlaqədar olduğu şübhəsizdir.

ABŞ-dakı sözügedən istefalar onu deməyə əsas verir ki, İran müharibəsində işlər heç də Donald Trampın iddia etdiyi qədər uğurlu getmir. Görünür, müharibənin gedişatı  Ağ Evin planlaşdırdığından əhəmiyyətli dərəcə fərqli  məcrada inkişaf edib ki, bu da ABŞ administrasiyasının qəzəbinə səbəb olub. Elə bu səbəbdən də Ağ Ev generalları bir-birinin ardınca təqaüdə göndərməklə öz qəzəbini soyutmağa çalışır. Başqa sözlə desək, ABŞ-dakı general istefaları İran müharibəsinin Vaşinqtonda doğurduğu daxili böhranın əks-sədası, konkret nəticələridir. Bu mənada bu istefaların hər birini İranın ABŞ üzərindəki mənəvi-psixoloji uğuru kimi qiymətləndirmək olar.

Bəs istefa verən generalların yeni kadrlarla əvəzlnməsi vəziyyəti dəyişəcəkmi? Çox ehtimal ki, xeyr. Çünki İran müharibəsinin ABŞ-ın ictimai-siyasi həyatında, hərbi-maliyyə sektorunda doğurduğu böhran fərdlərin fəaliyyəti ilə deyil, obyektiv reallıqlarla bağlıdır. Buna görə də şəxslərin əvəzlənməsinin problemin həllinə təsir göstərməsi mümkünsüzdür. Bu isə onu deməyə əsas verir ki, ABŞ Silahlı Qüvvələrindəki istefalar son deyil və yəqin ki, yaxın gələcəkdə biz daha bir neçə generalın istefasına şahid olacağıq.

Seymur ƏLİYEV

 

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər