Kəlbəcərdə meşəlik ərazidə baş verən yanğın söndürüldü
Ekskluziv
1888
20:11, Bu gün

Kəlbəcərdə meşəlik ərazidə baş verən yanğın söndürüldü

Kəlbəcərdə meşəlik ərazidə baş verən yanğın söndürülüb.
 
Moderator.az-a hadisə yerindən verilən məlumata görə, Kəlbəcər rayonu ərazisində meşəlik sahədə baş verən yanğın söndürülüb.
 
Bildirilir ki, yanğın Çovdar kəndi ərazisindən başlayaraq Başlıbel kəndinə qədər yayılıb. Lakin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının operativ müdaxiləsi nəticəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.


***

13:10

Moderator.az-a daxil olan məlumata görə, Kəlbəcər rayonu ərazisində meşəlik sahədə yanğın başlayıb. Hadisənin Başlıbel kəndi yaxınlığında baş verdiyi bildirilir.

Məlumatda qeyd olunur ki, yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Əraziyə müdaxilə olunması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb.

Qeyd edək ki, ötən il də Başlıbel kəndi ərazisində oxşar yanğın hadisəsi qeydə alınmışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər