Ekskluziv
696
12:00, Bu gün

"Dünya müharibə astanasındadır" - BMT-dən sərt xəbərdarlıq

 
"Yaxın Şərqdəki qarşıdurma qlobal müharibəyə çevrilə bilər və bunun nəticələri bütün dünyaya təsir edəcək..."
 
BMT-nin baş katibi Antonio Quterriş Yaxın Şərqdə baş verən hadisələrin artıq nəzarətdən çıxmaq üzrə olduğunu bildirib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" nəşri məlumat yayıb.
 
Baş katibin sözlərinə görə, münaqişə artıq ikinci ayına daxil olub və hər keçən gün daha təhlükəli mərhələyə keçir. Quterriş xəbərdarlıq edib ki, bu proses dayanmasa, qarşıdurma bütün regionu əhatə edən genişmiqyaslı müharibəyə çevrilə bilər. O vurğulayıb ki, artan zərbələr, mülki itkilər və dağıntılar artıq təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ciddi risk yaradır.
 
Hörmüz böhranı və qlobal təsirlər
 
Xüsusi diqqət Hörmüz boğazı ətrafında yaranmış vəziyyətə yönəlib. Bu strateji marşrutda problemlər artıq qlobal iqtisadiyyata təsir edir: enerji daşıyıcılarının qiyməti artır, ərzaq bahalaşır və xüsusilə kasıb ölkələr daha ağır zərbə alır. Son günlərdə neft qiymətlərinin kəskin yüksəlməsi də bu risklərin real olduğunu göstərir. Ekspertlər hesab edir ki, vəziyyət bu şəkildə davam edərsə, enerji böhranı daha da dərinləşə və dünya iqtisadiyyatında ciddi sarsıntılar yarana bilər.
 
Tərəflərə çağırış və kritik seçim
 
BMT baş katibi açıq şəkildə ABŞ, Israil və Irana çağırış edib: hərbi əməliyyatlar dayandırılmalı və diplomatik həll yolu seçilməlidir. Quterrişin sözlərinə görə, münaqişələr öz-özünə bitmir - liderlər dialoqu seçəndə bitir. O xəbərdarlıq edib ki, "müharibə təbilləri çalınır" və bu proses davam edərsə, dünya daha böyük və dağıdıcı bir böhranla üz-üzə qala bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər