Ukrayna Rusiyanın 1400 km məsafədəki böyük neft zavodunu vurdu...+VİDEO
Ekskluziv
370
07:17, Bu gün

Ukrayna Rusiyanın 1400 km məsafədəki böyük neft zavodunu vurdu...+VİDEO

Aprelin 2-si səhər tezdən Ukrayna dronları Başqırdıstan Respublikasının paytaxtı Ufaya çatıb. Burada bir sıra güclü partlayışlardan sonra sənaye zonasında yanğın baş verib. Ərazi Ukrayna ilə sərhəddən təxminən 1400 kilometr məsafədədir.
 
Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verir.
 
İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Pyotr Andryuşenkonun sözlərinə görə, dron hücumu böyük yerli neft emalı zavodu olan "Başneft-UNEZ"-i (Ufa neft emalı zavodu) hədəfə almış ola bilər.
 
Məlumatda deyilir: "Ufa, Başqırdıstan. Dronlarımız Başneft-UNEZ-yə "çatıb".
Andryuşenko qeyd edib ki, bu, bu il Ufadakı eyni obyektə edilən hücumun təkrarıdır. Birincisi 26 martda baş verib.
 
"OSINT" kanalları həmin səhər zavoda edilən hücum barədə də məlumat verib və zərbənin şəhərdəki nəticələrinin böyük yanğınla müşayiət olunan görüntülərini nümayiş etdirib. 
 
Analitiklər yanğının xüsusi olaraq sənaye zonasında qeydə alındığını bildirirlər. 
 
Rusiya telegram-kanalları bildirir ki, Ufaya edilən hücum səhər saat 6:00(Bakı vaxtı ilə 7:00) radələrində başlayıb. Yerli sakinlər partlayış səslərinə oyandıqlarını bildiriblər və qısa müddət sonra şəhərin sənaye ərazilərindən birində yanğın baş verib.
 
Ruslar həmçinin dronlardan birinin çoxmərtəbəli binaya çırpıldığını bildirirlər. Rəsmi olaraq, Rusiya hakimiyyəti fəsadlarla bağlı heç bir açıqlama verməyib.
 
Bundan əvvəl dron təhlükəsi səbəbindən Başqırdıstan Respublikasında hava hücumu xəbərdarlığı verilmiş və yerli hava limanı təhlükə səbəbindən fəaliyyəti məhdudlaşdırmışdı.
 
Qeyd etmək lazımdır ki, "Başneft" UNEZ Ufadakı əsas neft emalı müəssisələrindən biridir. Neft emalı zavodu "Başneft" neft çirkətinin bir hissəsidir və benzin və dizel yanacağı da daxil olmaqla yüksək keyfiyyətli neft məhsulları istehsalında ixtisaslaşıb. Zavod Başqırdıstan və Qərbi Sibirdən gələn xammalı emal edir.

 

S.Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər