ABŞ-ın NATO-dan çıxması bu qurumu qısmən zəiflədəcək, amma onu daha sağlam və inamlı edəcək
Ekskluziv
266
19:57, Bu gün

ABŞ-ın NATO-dan çıxması bu qurumu qısmən zəiflədəcək, amma onu daha sağlam və inamlı edəcək

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp ölkəsini NATO-dan çıxara biləcəyini vurğulayıb. NATO-nu “kağız pələng” adlandıran Tramp,  adıçəkilə qurumun Hörmüz boğazının açılmasına yardm etməməkdə ittiham edib:

“Buna inanmaq çətindir. Mən çox təkid etmədim. Düşünürəm ki, bu avtomatik olaraq baş verməlidir. Biz Ukrayna da daxil olmaqla, bir çox məsələlərdə NATO-nun yanında idik. Ukrayna bizim problemimiz deyildi, amma həmişə NATO-ya dəstək göstərmişik. Onlar isə bizə kömək etmədilər”.

Xatırladaq ki, Tramp bundan öncə də ölkəsinin NATO-dan çıxa biləcəyini dilə gətirib. O, qeyd edib ki, NATO-nun mövcudluğu daha çox Avropanın təhlükəsizliyi üçün vacibdir və buna görə də onun saxlanmasına Qərb ölkələri daha çox vəsait ayırmalıdırlar.

Hazırda ABŞ istər hərbi gücünə, istərsə də ayırdığı maliyyə vəsaitinin miqdarına görə NATO-nun aparıcı ölkəsi hesab edilir. Əslində, NATO-nun yaranmasından bugünə qədər məlum həqiqət heç vaxt dəyişməyib.ABŞ bu qurumdakı öncüllüyünü qoruyub saxlayıb. Lakin Trampa qədər heç bir Ağ Ev sahibi ABŞ-ın NATO-dakı lider mövqeyindən üzv ölkələrə qarşı siyasi şantaj məqsədi ilə istifadə etməyib. Tramp isə sələflərindən fərqli olaraq, ABŞ-ın NATO-dakı hakim mövqeyini mütəmadi surətdə qabardaraq Qərb ölkələrini öz qərarlarının itaətkar icraçısına çevirmək istəyir. Hansı ki, bu cür yanaşma Avropa dövlətləri üçün təhqiredici olmaqla yanaşı, onların milli maraqları baxımından da qəbuledilməzdir.

Bəs ABŞ NATO-dan çıxarsa nə baş verəcək?

Reallıq bundan ibarətdir ki, gözləntilərin əksinə olaraq, ABŞ-ın NATO-dan çıxması bu qurumu zəiflətməyəcək, əksinə, daha da gücləndirəcək. ABŞ-ın indiki mürəkkəb zamanda Qərb ölkələrini yarı yolda tək qoyması Avropa ölkələrini təhlükəsizlik məsləsində daha sıx əməkdaşlıq etməyə vadar edəcək. ABŞ-ın yoxluğu Qərbi NATO-nun saxlanmasına daha çox vəsait sərf etməyə, yaranmış boşluğu öz imkanları hesabına doldurmağa təhrik edəcək ki, bu da əlavə maliyyə itkisi yaratsa da, Avropa ölkələrinin ABŞ-dan siyasi asılılığına son qoyacaq. ABŞ dönəmi ilə müqayisədə NATO hərbi imkanları bir qədər zəifləyən, lakin daha mobil, daha çevik və daha sağlam quruma  çevriləcək. Bu isə Qərbin etibarlı təhlükəsizliyi üçün hər şeydən daha vacibdir.

Seymur ƏLİYEV

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər