Putin  dolayısıyla Paşinyandan Samvel Karapetyanın seçkilərdə iştirakını tələb etdi...
Ekskluziv
682
19:14, Bu gün

Putin  dolayısıyla Paşinyandan Samvel Karapetyanın seçkilərdə iştirakını tələb etdi...

"Moskvanın Ermənistandakı  iş adamları arasında çoxlu dostu var. Bilirəm ki, Rusiya pasportu olanların bəziləri həbsdədir. Əlbəttə ki, bu sizin qərarınızdır, amma biz istərdik ki, onların hamısı daxili siyasi proseslərdə iştirak edə bilsinlər".
 
Moderator.az xəbər verir ki, erməni mediasının məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Paşinyanla görüşündə bildirib.

O qeyd edib ki, Rusiyada 2 milyondan çox erməni yaşayır: “Rusiya Federasiyasında çox sayda erməni yaşayır. Onları saymağın müxtəlif yolları var, amma biz bunun 2 milyondan çox olduğunu təxmin edirik. Əslində Daxili İşlər Nazirliyinin statistikası bunu təsdiqləyir”.

Putin Ermənistan seçkilərinin nəticəsindən asılı olmayaraq, Rusiya-Ermənistan münasibətlərinin möhkəmləndirilməsinə sadiqliyin davam edəcəyinə ümid etdiyini vurğulayıb: “Ermənistandakı seçkilərin necə bitməsindən asılı olmayaraq, Rusiya-Ermənistan münasibətlərinin qurulması və möhkəmləndirilməsinə sadiqliyimiz davam edəcək”.

“Ermənistan demokratik ölkədir və bizim həmişə aktiv daxili siyasi həyatımız var. Vurğulamaq istəyirəm ki, ölkəmizdə seçkilərdə yalnız müstəsna olaraq Ermənistan vətəndaşlığına malik olan insanlar iştirak edə bilərlər”, - deyə Paşinyan cavab verib.
 
Belə çıxır ki, Putin dolayısıyla Paşinyandan rusiyapərəst qüvvələrin seçkilərdə iştirakını tələb edib. Həbsdə olan Rusiya vətəndaşı isə rusiyalı iş adamı Samvel Karapetyandır.  Deməli, söhbət əsasən ondan gedir.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər