“Yaxın və uzaq keçmişin təhlili sübut edir ki, ermənilərin əli tarixin bütün mərhələlərində günahsız insanların qanına batıb”.
Bunu Moderator.az-a açıqlamasında 44 günlük Vətən müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov bildirib. Vətən müharibəsi qazisi bildirib ki, eyniylə 1918-ci ilin Mart soyqırımında olduğu kimi, 44 günlük müharibədə də erməni faşizmi dinc insanları hədəf alıb, qadınları, uşaqları amansızcasına qətlə yetirib:
“2020-ci ilin 27 sentyabr tarixndə başlayan və erməni faşizminin darmadağın edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi zamanı da dünya ictimaiyyəti erməni vəhşiliyinin şahidi oldu. Bundan əvvəlki müharibələrdə olduğu kimi, bu dəfə də ermənilər dinc yaşayış məntəqələrini atəşə tutdular, qadınları, uşaqları qətlə yetirməklə öz amansız xislətlərini bir kəs daha nümayiş etdirdilər. Qürurvericidir ki, Azərbaycan Silahlı Qüvvələr Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında ermənilərin bütün xəbsiliklərinə, namərdliklərinə açıq hərb meydanında qəhrəmanlıqla cavab verdi. Cəmi 44 gün ərzində işğaldakı torpaqlarımız azad edildi, bütün şəhidlərimizin qisası alındı. Vətən müharibəsi bir kəs daha sübut etdi ki, Azərbaycan xalqı ona qarşı edilən cinayətləri heç vaxt cavabsız qoymur və bundan sonra da qoymayacaq”.
Seymur ƏLİYEV