İranda davam edən müharibə regionda xərçəng xəstəliyi riskini artırır.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat verib. Nəşr bildirib ki, müharibə nəticəsində səmaya yüksələn zəhərli maddələr daha sonra yağış suları ilə geri qayıdır, ağır fəsadlara səbəb olur:
“Yanacaq anbarlarına və neft emalı zavoduna zərbələrdən yaranan his, kül və zəhərli kimyəvi maddələr atmosferdəki su damcıları ilə birləşərək Yerə yağlı, turşulu yağış kimi düşüb və bu da evdə qalmaq barədə xəbərdarlıqlara səbəb olub. Ekspertlərin fikrincə, mikroskopik his ağciyər və ürək problemləri riskini artırır, zəhərli kimyəvi maddələr isə uzunmüddətli xərçəng riski yaradır və yağıntılardan yaranan ağır metallar torpaq və su ehtiyatlarını çirkləndirə bilər”.
Xatırladaq ki, müharibə nəticəsində İrandakı bir sıra neft anbarları, sənaye müəssisələri raket zərbələrinə məruz qalıb, ətraf mühitə ciddi zərər dəyib.
Seymur ƏLİYEV