"BILD" qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ İranın raket arsenalının yalnız üçdə birinin məhv edildiyini təsdiqləyə bilib.
Onların hesablamalarına görə, raketlərin və infrastrukturun əhəmiyyətli bir hissəsi işlək vəziyyətdə qala bilər.
Moderator.az-ın "Azad İran" telegram-kanalına istinadla verdiyi xəbərdə deyilir ki, mütəxəssislər qranit qayalarda oyulmuş dərin yeraltı bunkerlərə diqqət çəkirlər.
"Məsələn, Yəzd şəhərindəki "İmam-Hüseyn" raket kompleksi 500 metrdən çox dərinlikdə yerləşir, ən güclü Amerika bunker bombası isə qranit qayaya yalnız bir neçə metr nüfuz edə bilir.
Buna görə də, ABŞ-nin mümkün taktikalarından biri bu cür komplekslərin istifadəsini müvəqqəti olaraq dayandırmaq üçün onların girişlərini bombalamaq ola bilər", -xəbərdə belə deyilir.
Qeyd edək ki, aparıcı beynəlxalq media vasitələrində bu məlumat yer almasa da, bir sıra digər kanallar, məsələn, threads.com nəşri də deyilənləri təsdiqləyir.
"ŞKamran" "You Tube" kanalının video-məlumatında isə belə deyilir:
"Yəzdin qranit dağlarının dərinliklərində İran tarixin ən qabaqcıl yeraltı raket komplekslərindən birini inşa edib və buŞ 1990-cı illərdə müharibədən sonrakı erkən müdafiə strategiyalarından 2026-cı ilə qədər tam inteqrasiya olunmuş, süni intellektlə əlaqəli hərbi ekosistemə çevrilib. Yer altında 500 metrə qədər dərinlikdə inşa edilən bu tunel və quyulardan ibarət kompleks dərin qazıntı, möhkəmləndirilmiş konstruksiyalar, raket saxlama, dron inteqrasiyası və hipersəs imkanları da daxil olmaqla onilliklər boyu davam edən mühəndislik yenilikləri sayəsində inkişaf etdirilib. Zamanla ərazi komanda mərkəzləri, avtomatlaşdırılmış buraxılış sistemləri, elektromaqnit ekranlama və müstəqil həyat təminatı infrastrukturu olan çoxqatlı bir qalaya çevrilib. Bu gün o, təkcə təhlükəsiz raket bazası kimi deyil, həm də strateji çəkindirmə mərkəzi və İranın dayanıqlı, yüksək texnologiyalı asimmetrik müharibəyə doğru keçidini simvolizə edən ümummilli yeraltı müdafiə şəbəkəsinin əsas komponenti kimi fəaliyyət göstərir..."
Son məlumatlara görə, İranda 27 oxşar yeraltı raket şəhəri var.
S.Laçın