Elman Məmmədov: “DTX tərəfindən ölkəmizə qarşı qarayaxma kampaniyası aparan şəxslərin məsuliyyətə cəlb edilməsi təqdirəlayiqdir”
“Xarici dövlətlərdə özlərinə sığınacaq tapan, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan şəxslərin müəyyən edilərək Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən məsuliyyətə cəlb edilməsi olduqca önəmlidir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Ekspert qeyd edib ki, Azərbaycana qarşı bu cür addımlar əsasən xarici xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirilir:
“Bu şəxslər ərazilərdə yaşadıqları dövlətlərin maraqları müqabilində, bəzi xüsusi xidmət orqanlarının sifarişləri ilə bu əməlləri törədir, dövlətimizə qarşı yaalnlar, böhtanlar səsləndirirlər. Onlar xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirirlər. Bu səbəbdən də DTX-nın bu şəxslərin saxlanılaraq ölkəmizə gətirilməsi istiqamətində atdığı addımlar son dərəcə təqdirəlayiqdir.
Hesab edirəm ki, gələcəkdə də bu qəbildən olan şəxslərlə bağlı ciddi addımlar atılmalı, dövlətimizi gözdən salmağa, onun imicini ləkələməyə çalışan şəxslərin qanun qarşısında cavab verməsi təmin olunmalıdır”.
Seymur ƏLİYEV