Cəbhəboyu laboratoriyalar: Bəşər hələ belə müharibə görməyib!
Ekskluziv
580
20:31, Bu gün

Cəbhəboyu laboratoriyalar: Bəşər hələ belə müharibə görməyib!

Ukrayna Rusiya ilə mübarizə çərçivəsində bəlli bir müddətdir ki, analoqsuz yeniliyə imza atıb.

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, Ukrayna Rusiyaya qarşı dron zərbələrinin effektivliyini təmin etmək məqəsdilə demək olar ki, bütün cəbhəboyu laboratoriyalar yaradıb. Dronların təmiri, gücləndirilməsi və digər təcrübələrin aparılması üçün nəzərdə tutulan laboratoriyalarda kiçik qruplar fəaliyyət göstərir. Onların işi dronların sürət və zərbə gücünü izləmək, lazımi redaktələr etmək, Rusiyanın anti-dron həmlələrindən yayınmaq üçün davamlı yeniliklər həyata keçirməkdir.

Hərbi mütəxəssislər hesab edir ki, laboratoriyaların təmas xəttindən arxada deyil, məhz cəbhə xəttinə yaxın ərazilərdə fəaliyyəti hadisə və proseslərə daha çevik şəkildə müdaxilə etməyə imkan verir.

Ekspertlərin fikrincə, Ukraynanın bu təcrübəsinin gələcəkdə digər ölkələr tərəfindən tətbiqi ehtimalı böyükdür.

Seymur ƏLİYEV  

Link kopyalandı!
Son xəbərlər