İrana qarşı istənilən quru əməliyyatı intihardır...- ABŞ-ın keçmiş dviziya komandiri
Ekskluziv
394
07:57, Bu gün

İrana qarşı istənilən quru əməliyyatı intihardır...- ABŞ-ın keçmiş dviziya komandiri

Təqaüdçü amerikalı general-mayoru mediaya açıqlamasında deyib ki, İrana qarşı istənilən quru əməliyyatı intihardır.
 
Bu haqda “Tasnim” telegram-kanalı məlumat yayıb.
Moderator.az-ın araşdırmasından bəlli olub ki, söhbət hazırda Fars körfəzinə yeridilən 82-ci hava-desant dviziyasının keçmiş komandiri, təqaüddə olan ABŞ general-mayoru Rendi Mannerdən gedir.
 
“ABŞ-ın hava-desant diviziyasının on minlərlə tam silahlanmış və hazırlıqlı əsgərə qarşı heç bir şansı yoxdur... Bəlkə də Yaxın Şərqə cəmi 7000 və ya 8000 dəniz piyadası və paraşütçü göndərilib ki, bu da çox az rəqəmdir. İraq müharibəsində 200.000-dən çox əsgər göndərilmişdi”, -deyə general bildirib.
 
Keçmiş dviziya komandiri tarixi təcrübəni də xatırladıb:
 
“1979-cu ildə İran şahı devriləndə bizə Tehran hava limanını ələ keçirmək üçün hazırlıq vəziyyətində olmaq əmri verildi, lakin bu əməliyyat ləğv edildi. Çünki onlar on minlərlə tam silahlanmış və hazırlıqlı qüvvəyə qarşı hava-desant diviziyasının heç bir şansının olmadığını bilirdilər...”
 
Link kopyalandı!
Son xəbərlər