“Onlar heç vaxt öz məqsədlərinə nail ola bilməyəcəklər”
Ekskluziv
634
28 Mar 2026 | 22:04

“Onlar heç vaxt öz məqsədlərinə nail ola bilməyəcəklər”

“ABŞ və İsrail heç vaxt İranla bağlı məqsədlərinə nail ola bilməyəcəklər”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Politoloq qeyd edib ki, İranın göstərdiyi müqavimət onu deməyə əsas verir ki, İran xalqı öz suverenliyindən imtina etmək niyyətində deyil:

“Edilən bütün hücumlar müqabilində İranın sərgilədiyi dözüm, bu hücumlara verdiyi reaksiya və ortaya qoyduğu müqavimət ciddi mətləblərdən xəbər verir. Bütün bunlar onu deməyə əsas verir ki, nə ABŞ, nə də İsrail İranla bağlı məqsədlərinə çata bilməyəcəklər. İran xalqı öz suverenliyinin qədrini bilir və sona qədər müqavimət göstərməkdə qərarlıdır. İran xalqını diz çökdürmək ABŞ və İsrailə nəsib olmayacaq”.

Seymur ƏLİYEV

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər