Güclü yağışların daha bir ziyanı-bu ərazilərdə sürüşmələr olacaq-ekoloq alimdən qorxunc PROQNOZ-FOTO+ÖZƏL
Ekskluziv
414
19:43, Bu gün

Güclü yağışların daha bir ziyanı-bu ərazilərdə sürüşmələr olacaq-ekoloq alimdən qorxunc PROQNOZ-FOTO+ÖZƏL

“Güclü yağışların yağması gözlənilən idi. Əvvəllər deyirdilər ki, qlobal istiləşmə gedir. Coğrafiyada ümumiyyətlə qlobal istiləşmə termini yoxdur. İqlim dəyişmələri termini var. İqlim dəyişmələrində də isti və soyuq havalar bir-birini əvəz edir. 60-cı ildən başlayaraq havalar yavaş-yavaş isinirdi, indi isə tədricən havalar soyumağa başlayıb.Ona görə də soyuyan havalar özünü yağışla göstərməyə başlayır”

Bunu Moderator.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq alim Telman Zeynalov deyib. O daha sonra əlavə edib:


“Paytaxt ərazisində yağan yağışlar əlavə 1 gün də davam edəcək. Əslində Bakı suyun altında qalmalı deyildi. Bilirsiniz niyə görə bu hadisələr baş verdi?! İndi şəhərdə yenilənmə gedir. Hər yeri düzəldirlər ki, baxanda adamın ürəyi açılsın. Amma kanalizasiya tamamilə yaddan çıxır. Ona görə də mərkəzdə hər yeri su basır” deyə o bildirib.


Telman Zeynalov bildirib ki, yağışların yağması sürüşmə riskini artırır:


“Güclü yağışlardan sonra sürüşmələr də baş verə bilər. Düzdür, nisbətən bu sürüşmələrin qarşısını almaq üçün tədbirlər görülüb. Bu gün də görülür. Rəhmətlik Həsən Əliyev Coğrafiya institunun direktoru olduğu müddətdə bu sahədə böyük işlər gördü. Qubaya gedən yollar sürüşürdü. Hər yerdə kötüklü ağaclar əkdirdi və bu da nisbətən sürüşmələrin qarşısını aldı. Abşeronda yarımadasında, Bayılda sürüşmələr ola bilər. Düzdür, orada da ağaclar əkiblər, amma sürüşmələr qaçılmazdır. Günəşli də sürüşmə zonasıdır” deyə Telman Zeynalov bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər