“Əhaliyə müraciət edirəm ki...”-güclü yağışlar zəlzələ riskini artırır?-mühüm AÇIQLAMA
Ekskluziv
1159
19:17, Bu gün

“Əhaliyə müraciət edirəm ki...”-güclü yağışlar zəlzələ riskini artırır?-mühüm AÇIQLAMA

Güclü yağışların yağması insanlar arasında zəlzələ təşvişini artırıb. Belə ki, sosial şəbəkələrdə qeyri-rəsmi paylaşılan məlumatlarda bu gün bəzi bölgələrdə yüngül təkanların olduğu deyilir. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Moderator.az-a özəl açıqlamasında yayılan xəbərləri yalanlayıb:


“Bu xəbərlər kökündən yalandır. O səhifələr belə xəbərləri paylaşıb izləyici yığır. Reytinqə işləyirlər. Əhaliyə müraciət edib deyirəm ki, heç kim narahat olmasın.

Yağışların yağması zəlzələ riskini artıra bilməz. Bütün bunlar yerüstü gedən proseslərdir. Zəlzələ isə dərinliklərdə, yerin ən dərin qatında gedən proseslər nəticəsində əmələ gəlir. Bu yağış, qar, sel zəlzələ riskini artırıb, dərinliklərdə gedən ocaqlara təsir edib, onu oyada bilməz. Yağış yerin üstündə böyük fəsadlar əmələ gətirir. Yağış əkin sahələrində torpağa 1 metrə, 1 metr yarım dərinliyə gedə bilər” deyə o bildirib.


Qurban Yetirmişli ölkənin ümumi seysmik vəziyyətindən də danışıb:


“Xırda təkanlar həmişə var. Onların içində hiss etdiyimiz qədər təkanlar da olur. Bu aydın məsələdir. Amma güclü zəlzələ ehtimalı yoxdur. Elə bir bölgə yoxdur ki, orada gərginlik toplanması getsin. Qorxulu bir şey yoxdur” deyə Qurban Yetirmişli bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər