Şənbə günü ABŞ-da "No Kings"- "Krallara yox" şüarı altında Tramp əleyhinə kütləvi nümayişlər planlaşdırılır. Keçən il etirazlar immiqrasiya polisinin vəhşiliyinə yönəlmişdi; bu gün isə prezidentin ümumi avtoritar meyllərinə əlavə olaraq, əsas diqqət artan xərclərə və İranla müharibəyə qarşı yönəlib.
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
Təşkilatçılar "Alabamadan Alyaskaya qədər" ştatlar boyu 3100 mitinq və etiraz yürüşləri planlaşdırır və milyonlarla insanın küçələrə çıxacağını gözləyirlər. "CNN" qeyd edir ki, ötən ilki nümayişlərdən fərqli olaraq, bu dəfə iştirak etmək üçün qeydiyyatdan keçmişlərin üçdə ikisindən çoxu böyük şəhərlərin xaricində yaşayır - başqa sözlə, "orta təbəqə" etiraz hərəkatına qoşulur.
"Fox News" proqnozlaşdırır ki, bu gün 9 milyondan çox amerikalı Trampa qarşı nümayiş keçirəcək.