“İran müharibəsi misli görünməmiş maliyyə xərcləri və insan itkisinə yol açır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, müharibə davam etdikcə itkilərin də miqyası buna paralel şəkildə artmaqdadır:
“ABŞ və İsrailin İrana hərbi müdaxiləsi bütün regionda ağır hərbi-siyasi vəziyyət yaradıb. İranın müqaviməti ABŞ və İsrailin müharibəyə ayırdığı vəsiti artırmağa vadar edir ki, bu da olduqca böyük maliyyə itkisi deməkdir. Hansı ki, bu, həmin ölkələrin özündə xeyli narazılıq yardır.
Müharibə İran üçün də ciddi itkilərə səbəb olur. Çoxlu sayda insanın ölümü, böyük dağıntılar və s. İranı çətin vəziyyətə salıb. Lakin görünən odur ki, hələ ki, heç bir tərəf geri addım atmaq istəmir. Bu isə o deməkdir ki, müharibənin uzanması ehtimalı böyükdür”.
Seymur ƏLİYEV