Tofiq Abbasov: “DTX-nın xidmətləri əvəzsizdir”
“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təhlükəsizliyimizin təmin edinlməsindəki rolu əvəzsizdir və bu qurumun inkişafında Prezident İlham Əliyevin mühüm rolu var”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Politoloq qeyd edib ki, DTX bütün növ təhlükələrin qarşısının alınmasında mühüm aktivlik sərgiləyir:
“Müasir dünyamızda təhlükəsizliklə bağlı təhdidlərin artdığı birmənalıdır. Kiber cinayətkarlıqdan tutmuş ən müxtəlif terror əməliyyatlarına qədər çox ciddi təhlükələr mövcuddur ki, bütün bunların qarşısının alınmasında DTX müstəsna rol oynayır. Onlar üçün tətil, bayram anlayışı mövcud deyil. Təqvimdəki qırmızı günlərin onlara aidiyyatı yoxdur. Onlar dövlətin, xalqın təhlükəsizliyini təmin etmək üçün gecə-gündüz işləyir, əsl fədakarlıq sərgiləyilər.
Mən peşə bayramı münasibətilə təhlükəsizlik xidməti əmədkaşlarını təbrik edir, onlara müvəffəqiyyətlər arzulayıram”.
Seymur ƏLİYEV