Ekskluziv
448
08:30, Bu gün

"Hizbullah" bir sutkada İsrailin 12 tankını vurduğunu iddia etdi...

Livandakı "Hizbullah" hərəkatı son 24 saat ərzində müxtəlif növ silahlarla İsrailin hərbi mövqelərinə və mərkəzlərinə qarşı 84 əməliyyat həyata keçirdiyini bildirib.

 

 
Moderator.az xəbər verir ki, "Tasnim" telegram-kanalının məlumatında  bu müddətdə 12 İsrail tankının məhv edildiyi və sıradan çıxarıldığı iddia edilir.
 
Qeyd edək ki, söhbət "Merkava" tanklarından gedir ki, onlar İsrailin Qəzzadakı əməliyyatlarda istifadə etdiyi ən mühüm hərbi texnikalardan biri kimi tanınır.
Report.az-ın məlumatına görə, son buraxılış “Merkava V”  tankları ən müasir tank əleyhinə raket sistemlərinə tab gətirə bilən və onun ətrafında “zərərsizləşdirici qabarcıq” yaradan “APS Trophy” aktiv mühafizə sistemi ilə təchiz edilib.

Bundan əlavə, “Merkava V” həm gündüz, həm də gecə rejimində 360 dərəcə hərtərəfli görünüşə malikdir. Döyüş sahəsinin təsviri komandirin 3D dəbilqəsində göstərilir, tanka dəyən zərər haqqında məlumat, hədəfi necə vurmaq və mərmi seçmək barədə tövsiyələr də oraya göndərilir.

Tank 1,5 min at gücünə malik mühərriklə təchiz edilib və sürəti 64 km/saata çata bilir...

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər