ABŞ-İsrail cütlüyünün avia-zərbələrindən sonra Təbriz bu günə düşdü...+VİDEO
Ekskluziv
1029
07:57, Bu gün

ABŞ-İsrail cütlüyünün avia-zərbələrindən sonra Təbriz bu günə düşdü...+VİDEO

Xəbər verildiyi kimi, ABŞ-İsrail cütlüyünün başında teokratik bir rejimin durduğu İrana qarşı artıq bir aya yaxın müddətdə apardığı hərbi əməliyyatlar nəticəsində ölkənin paytaxtı Tehran da daxil olmaqla, müxtəlif bölgələrində, o cümlədən Güney Azərbaycan ərazisindəki- Təbriz və Urmiyadakı soydaşlarımıza ciddi zərərlər dəyir. Evlər, mənzillər dağıdılır, onlarla ölən və yaralananlar var.

Moderator.az-ın "Azad İran" telegram-kanalına istinadla verdiyi xəbərdə Təbrizin bir məhəlləsinin gecə saat 02:00 radələrində bombalanmadan sonrakı görüntüləri yer alıb.

Sakinlərin sözlərindən bəlli olur ki, raket, bomba zərbələrinin dəydiyi ərazidə heç bir hərbi obyekt yoxdur. Yalnız yaşayış binaları, məcidlər, mədrəsələr, ərzaq və kitab mağazaları dağıntı və zərərlərə məruz qalıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər