Fabrikdən cəbhə xəttinə: ABŞ sürətli silahlanmanın yeni mərhələsini elan etdi!
Ekskluziv
523
27 Mar 2026 | 23:31

Fabrikdən cəbhə xəttinə: ABŞ sürətli silahlanmanın yeni mərhələsini elan etdi!

ABŞ İranla müharibənin aktiv mərhələsinə start verdiyi bir zamanda sürətli silahlanmanın yeni mərhələsini elan edib.

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, “fabrikdən cəhə xəttinə” devizi ilə aparılan yeni silahlanma siyasəti ön xəttin lazımi silah-sursatla ən qısa zamanda təmin olunmasına xidmət edir.

Yeni silahlanma siyasəti silahların daşınması və ön xəttə göndərilməsi məsələsində bürokratik əngəlləri ortadan qaldırmağa və eləcə də, silah istehsalı və çatdırılmasında döyüş meydanındakı rəylərin əsas götürülməsinə xidmət edir. Hərbi ekspertlər hesab edir ki, bir çox hallarda məhz bürokratik əngəllər silahların son təyinat nöqtəsinə lazımi vaxtda çatdırılmasını əngəlləyir, bu məsələdə süni problemlərə yol açır. Bu səbəbdən də hərbi texnika və silahların zavoddan birbaşa ön xətdə çatdırılması müasir müharibələrin əsas tələblərindən biri kimi qiymətləndirilir.

Bundan başqa, mütəxəssislər hesab edir ki, istənilən silah və texnikanın həm müsbət, həm də mənfi cəhətləri ondan istifadə edən, onu real döyüş şəraitində yoxlayan hərbçilər tərəfindən daha düzgün və dolğun müəyyən edilir. Bu baxımdan da silah-sursatla bağlı cəbhə xəttindəki rəylərin onların istehsalı zamanı əsas şərt kimi nəzərə alınması vacib hesab olunur.

Seymur ƏLİYEV

 

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər