İranlı alimdən SOS: “Yandırılan və batırılan hər neft tankeri çirklənmə deməkdir”
Ekskluziv
898
15:41, Bu gün

İranlı alimdən SOS: “Yandırılan və batırılan hər neft tankeri çirklənmə deməkdir”

Son günlər İran müharbəsinin ətraf mühit və ekologiyaya vurduğu ziyan geniş müzakirə mövzusuna çevrilib.

Moderator.az xəbər verir ki, İran müharibəsinin yaratdığı ekoloji problemlər dünyanın ən nüfuzlu elm adamlarının da narahatlığına səbəb olmaqdadır. Bu alimlərdən biri – BMT-nin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru Kaveh Madani yandırılan və batırılan neft tankerlərinin ətraf mühitə hər şeydən daha çox ziyan vurduğunu açıqlayıb. İranlı alim qeyd edib ki, “sahil ərazilərindəki bütün neft və qaz yataqlarının yandırılması, orada olan bütün gəmilər, yandırılan və ya batırılan neft tankerləri - bunların hamısı çirklənmə deməkdir”.

Alim qeyd edib ki, müharibə regiondakı ekoloji mühiti bir neçə il geriyə atıb:

“Mənim kimi həmin bölgədə davamlılıq və ətraf mühitin qorunması uğrunda mübarizə aparan biri üçün bu, illərlə geriyə düşmək kimidir”.

Xatırladaq ki, müharibənin İran və ətraf bölgələrdə ekoloji vəziyyəti pisləşdirməsi ilə bağlı reallıq ABŞ-ın özündə də müəyyən dairələr tərəfindən narahatlıq və narazılıqla qarşılanmaqdadır.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər