“Dövlət üçün təhlükəsizliyin təmini ən vacib məsələdir və DTX bu işin öhdəsindən peşəkarlıqla gəlir”
Ekskluziv
446
12:36, Bu gün

“Dövlət üçün təhlükəsizliyin təmini ən vacib məsələdir və DTX bu işin öhdəsindən peşəkarlıqla gəlir”

28 mart Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının peşə bayramıdır.

Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov DTX-nın fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb:

“Dövlət üçün təhlükəsizliyin təmini ən vacib məsələdir. DTX bu vəzifənin öhdəsindən böyük ləyaqətlə, yüksək peşəkarlıqla gəlir. Bu qurum Azərbaycan dövlətinin, Azərbaycan xalqının  təhlükəsizliyinin təmin olunması üçün nə lazımdırsa edir.

DTX-nın təhlükəsizliyimizin təmini istiqamətində atdığı addımlar həm dövlətimiz, həm də hər bir vətəndaşımızın təhlükəsizliyi baxımından olduqca vacibdir.

Hörmətli Əli Nağıyevin rəhbərliyi ilə DTX-nın fəaliyyətini çox yüksək qiymətləndirirəm. DTX üzərinə düşən vəzifə borcunu yüksək səviyyədə icra edir. Dövlətimizin, xalqımızın təhlükəsizliyini bacarıqla təmin edir.

Mən xüsusi xidmət orqanı əməkdaşlarımızın peşə bayramını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır, təhlküəsizliyimizi yüksək səviyyədə təmin etdikləri üçün onlara bir vətəndaş olaraq minnətdarlığımı bildirirəm. Bayramları mübarək olsun!”

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər