Papikyanın Fransa səfəri Ermənistanın militarist siyasətindən xəbər verir – TƏHLİL!
Ekskluziv
349
10:28, Bu gün

Papikyanın Fransa səfəri Ermənistanın militarist siyasətindən xəbər verir – TƏHLİL!

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfər edib. Səfər əsnasında Fransa prezidentinin hərbi məsələlər üzrə müşaviri Vinsen Jiro ilə görüşən Papikyan, fransalı yetkili ilə iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.

Xatırladaq ki, sürətli silahlanma siyasəti yürüdən Ermənistan bugünlərdə Avropa Sülh Fondundan ikinci dəfə hərbi yardım alıb və dərhal adıçəkilən qurumdan üçüncü dəfə hərbi yardım almaq üçün müraciət edib. Bir sıra mənbələrlə yanaşı, həm də Avropa Sülh Fondunun hesabına silahlanma  siyasətini davam etdirən Ermənistanın eyni zamanda Fransa ilə hərbi əməkdaşlığı genişləndirmək arzusu rəsmi İrəvanın məkirli niyyətindən xəbər verir. İrəvanın Ermənistanı özü nəhəngliyində cəbbəxanaya çevirmək arzusu bu dövlətin sülh bəyanatlatının səmimiliyini şübhə altına almaq üçün ciddi əsas yaradır. Sülh müqaviləsini imzalamaq yerinə yeni silahlar almaq üçün dəridən-qabıqdan çıxan Ermənistanın atdığı addımlar, İrəvanın militarist siyasətinin ifşasını zərurətə çevirir. Bu səfər bir daha sübut edir ki, Ermənistan 44 günlük müharibədən öncə olduğu kimi, bu gün də sürətlə silahlanmaqda davam edir və öz məqsədinə nail olmaq üçün eyni zamanda  bir neçə müstəvidə iş aparır.

Ermənistanın silahlanma siyasətində müşahidə edilən mühüm məqamlardan biri də uzun illər bu siyasəti Rusiya hesabına gerçəkləşdirən İrəvanın, indi öz məqsədini daha çox Qərb dövlətlərinin hesabına reallaşdırmaq arzusudur. Lakin rəsmi İrəvan unudur ki, kimin dəstək verməsindən asılı olmayaraq, Ermənistanın yürütdüyü bu siyasət onun özü üçün yeni bir faciə hazırlayır və bu faciənin ağrısı 44 günlük müharibədə yaşadığı ağrıdan qat-qat dözülməz ola bilər.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər