Şüvəlanda nadir hadisə-sahilə suiti çıxdı-ekoloqdan XƏBƏRDARLIQ: “Qırmızı kitab”-a düşməlidirlər”-FOTO+ÖZƏL
Ekskluziv
1593
20:07, Bu gün

Şüvəlanda nadir hadisə-sahilə suiti çıxdı-ekoloqdan XƏBƏRDARLIQ: “Qırmızı kitab”-a düşməlidirlər”-FOTO+ÖZƏL

“Şüvəlanda dəniz sahilinə suiti çıxıb. Yaxşı ki, bu sahildə olan suitinin canlı formasıdır. Əksər hallarda biz sahildə ölmüş şəkildə suitilərə rast gəlirik. Ola bilər ki, bu suiti də dalğanın gücündən, yaxud da balıq yeməklə sahilə çıxıb. Çünki balıqçılar bəzən tor atır və həmin balığı suitilər də yeyə bilir və nəticədə torla birlikdə sahilə çıxırlar. Görüntülərə baxanda da görünür ki, həmin suiti yaxşı hərəkət edə bilmir. Yəqin ki, yaralanıb. Nə yaxşı ki, Şüvəlanda həmin suitini görən insanlar onu suya atmaqla yenidən xilas ediblər”

Bunu Moderator.az-a açıqlamasında ekoloq Gülçöhrə Hüseynova deyib. O daha sonra tarixən Xəzər dənizində hər zaman suitilərin olduğunu bildirib:


“Əslində 10-15 il bundan əvvəl suitilər həm Şüvəlanda dənizkənarında, həm Novxanı dənizi sahilində həddindən artıq çox idi. Əvvəllər təyyarə ilə uçanda suitiləri sürü halında izləyə bilirdik. Onları sahildə görmək həqiqətən də xoş olurdu. Çünki suiti yeganə məməlidir ki, Xəzər dənizində yaşayır. Dünyada ən kiçik, yeganə növdür.

Sayı da hazırkı dövrümüzdə çox azalıb. Yenə də azalmağa doğru gedir. Belə davam etsə təbii ki, suitilər “Qırmızı kitab”-a düşəcəklər. Digər Xəzəryanı ölkələrdə suiti növü artıq “Qırmızı kitab”-a düşüb. Buna görə də onları qorumaq lazımdır. Suitilərin nəslinin kəsilməsinə səbəb dənizin neft və neft məhsulları ilə çirklənməsidir ki, bu da suitiləri zəhərləyir. Suitiləri heç kəs ovlamır, çünki əti yeməli deyil. İnsanlar suitiləri ovlayıb nə edəcəklər ki?” deyə ekoloq bildirib.

Link kopyalandı!
Son xəbərlər