5-ci dəfə nənə olan xalq artisti: “Sevincimdən ağlayıram, nəvəmin adını deyə bilmərəm”-FOTO+ÖZƏL
Ekskluziv
804
18:22, Bu gün

5-ci dəfə nənə olan xalq artisti: “Sevincimdən ağlayıram, nəvəmin adını deyə bilmərəm”-FOTO+ÖZƏL

Xalq artisti, xanəndə Mələkxanım Əyubova 5-ci dəfə nənə olub. Belə ki, sənətkarın bloger qızı Nəzrin Nəcəfova və kürəkəni Mərdan Kazımov valideyn olublar.

Moderator.az-a özəl açıqlama verən xalq artisti sevincini bu sözlərlə ifadə edib:


“5-ci dəfədir ki, nənə oluram. Bu sevincimi sözlərlə ifadə edə bilmirəm. Xəstəxanada da danışa bilmədim. Sevincdən yalnız ağlayıram. Təki hər zaman sevincdən gözlərim yaşarsın. Bütün valideynlərə, nənələrə övladlarından sevinməyi arzu edirəm. Onlar da mənim kimi sevinsinlər. Bu gün Nəzrin üçün çox sevinirik” deyə sənətkar bildirib.


Sənətkar bildirib ki, nəvəsinə veriləcək ad da hazırdır:


“Nəvəmin adını valideynləri özləri fikirləşiblər. Onlar deməmiş mənə demək düşməz. Paylaşanda hər biriniz görəcəksiz” deyə sənətkar bildirib.

Link kopyalandı!
Son xəbərlər