Amerikalıların əksəriyyəti İrana quru qoşunlarının yeridirilməsini dəstəkləmir...-SORĞU -Associated Press-NORC
Ekskluziv
224
07:50, Bu gün

Amerikalıların əksəriyyəti İrana quru qoşunlarının yeridirilməsini dəstəkləmir...-SORĞU -Associated Press-NORC"

Birləşmiş Ştatlar sakinlərinin əksəriyyəti Pentaqonun İrana qarşı "Epik qəzəb" hərbi əməliyyatının həddini aşdığını  düşünür.
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki,  "Associated Press-NORC" ictimai siyasət tədqiqatları Mərkəzi tərəfindən aparılan yeni bir sorğunun nəticələri belə deməyə əsas verir.
 
Amerikalıların təxminən 59%-i ABŞ-ın İrandakı hərbi əməliyyatının həddini aşdığını düşünür.
 
Respondentlərin 45%-i yaxın bir neçə ay ərzində benzin ala biləcəkləri ilə bağlı son dərəcə və ya çox narahatdırlar. Müqayisə üçün, respondentlərin yalnız 30%-i Donald Trampın yenidən seçilməsindən sonra bu narahatlığı ifadə edib.
 
Amerikalıların əksəriyyəti həm də İran cəbhəsində eskalasiyanın- gərginliyin daha da artmasına qarşıdır. Respondentlərin təxminən 60%-i ABŞ quru qoşunlarının bölgəyə mümkün yeridirilməsini dəstəkləmir.
 
"AP-NORC" sorğusu 19-23 mart tarixləri arasında aparılıb. Araşdırmada 1150 yetkin şəxs iştirak edib. Səhv həddi təxminən 4 faizdir.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər