“İran müharibəsi artıq relyefini genişləndirməkdədir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Politoloq qeyd edib ki, Rusiya və Çinin dəstəyi İranın müqavimət gücünü artırıb:
“Çin bir neçə gündür ki, İrana kömək edir. Rusiya da müharibə başlayandan Çin qədər olmasa da, imkanı daxilində İrana kömək edir. İran müahribədə balans yarada bilib. Dönüş yaratmasa da, balans formalaşdırıb. Daim bombardımnana məruz qalan İran gizli silahhı adlandırdığı yeni tipli raketlərlə İsraili çətin vəziyyətə salıb. Təl-Əviv, Hayfa ciddi zərbələrə məruz qalır. İsrail həyəcan içərisindədir. ABŞ isə müharibəni bitirmək üçün bəhabələr axtarır. Eyni zamanda, İranda quru əməliyyatı həyata keçirmək üçün bölgəyə əlavə hərbi birliklər göndərir. Bu isə o deməkdir ki, müharibə düşünüldüyündən də artıq uzana bilər”.
Seymur ƏLİYEV