ABŞ oduda süni intellektin tətbiqini sürətlə genişləndirməkdədir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin bildirdiyinə görə, artıq ABŞ ordusu süni intelelktin köməkliyi ilə böyük həcmlə çoxsaylı videogörüntüləri daha qısa zamanda təhlil edir ki, bu da təhdidlərin minimum müddətdə qiymətləndirilməsi, habelə, əməliyyat qərarlarının çevik şəkildə dəstəklənməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Nəşrin məlumatına görə, orduda süni intellektin geniş tətbiqi dron, peyk və digər müşahidə sistemlərindən toplanan görüntüləri və sensor məlumatların emalını da son dərəcə asanlaşdırıb. Süni intellekt lazımi obyektləri daha sürətlə tapmağa, hər hansı aktivliyi və ya anormallığı anındakı qeyd etməyə imkan verməklə yanaşı, məlumatların emalı prosesində insan amilinin rolunu əhəmiyyətli şəkildə azaldıb.
Hərbi ekspertlər hesab edir ki, süni intellektin orduda geniş tətbiqi məlumatların emalı prosesində insan səhvi amilinin faktiki olaraq ortadan qalxmasını da sitimulalşdıracaq ki, bu da əməliyyat şəraitini daha düzgün qiymətləndirməyə imkan verəcək.
Seymur ƏLİYEV